Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq

"Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, əməkdaşlığımızın möhkəmləndirilməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bunun üçün ilk növbədə hüquqi bazanın möhkəmləndirilməsi zəruridir”

PİA.az Bakupost-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.

O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: "Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur”.

O.Əsədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar