Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

Bunu millət vəkili Asim Mollazadə deyib

Azərbaycan mədəniyyətinə, incəsənətinə ciddi dövlət dəstəyi lazımdır. Xüsusilə də, klassik musiqinin inkişafına, pop demirəm, klassik musiqi ifaçılarının yetişdiriləmsinə ehtiyac var.

O, qeyd edib ki, klassik musiqi ifaçılarının yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasına ciddi maliyyə dəstəyi göstərilməlidir:

Azərbaycan Şərqdə ilk operanı yaradan, səhnələşdirən bir ölkədir. Azərbaycan Şərq ölkələri içərisində ilk dəfə balet əsəri yaradan bir dövlətdir. Azərbaycan Şərqdə cazın vətənidir. Ümumiyyətlə, Azərbaycan həm Şərq mədəniyyətinə, həm bütövlükdə dünya mədəniyyətinə, incəsənətinə bir çox və ilk töhfələr verən bir məmləkətdir.

Ona görə də klassik musiqinin inkişafı və klassik musiqi ifaçılarının yetişdirilməsi, əvvəlki gözəl ənənənin davam etdirilməsi, bunun üçün də ciddi maliyyə dəstəyi lazımdır”.

Millət vəkili eyni zamanda, ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb.

“Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var” - deyə, millət vəkili sözlərinə əlavə edib.(Oxu.az)

pia.az


Etiket: Asim Mollazadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar