Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq

Ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük imkanları və tarixi var

"Azərbaycanda ən yaxın vaxtda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planının qəbul olunması gözlənilir".

Xəbər verilir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizin sağlamlıq turizmi ilə bağlı böyük imkanları və tarixi var. Bu isə Azərbaycanda sağlamlıq turizminin inkişafına və ölkəmizə bu məqsədlə daha çox turistin gəlməsinə şərait yaradır:

"Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendlər, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq".(Trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar