Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palmali”də nələr baş verir? - Mübariz Mənsimovun müxalifətə keçməsinin pərdə arxası...

Mövcud iqtidarla münasibəti həmişə yaxşı olan iş adamının birdən birə az qala müxalif liderə çevrilmə obrazı necə və niyə yaranıb?

Son günlər azərbaycanlı iş adamı Mübariz Mənsimovun ölkənin siyasi mühitinində adı tez tez hallanır. Sirr deyil ki, Türkiyədə yaşayan və beynəlxalq miqyasda iri gəmiçilik şirkətinə sahib Mənsimovun Azərbaycanda xalq arasındaciddi tanınmış simadır var və onun dediyi kiçik bir cümlə də sosial şəbəkə də gündəmə rahatlıqla oturur və müzakirə olunur. Amma mövcud iqtidarla münasibəti həmişə yaxşı olan iş adamının birdən birə az qala müxalif liderə çevrilmə obrazı necə və niyə yaranıb sualı hər kəsi düşündürür.

Əslində Mübariz Mənsimova məxsus instaqram səhifəsində son paylaşımında iş adamı “Heydər Əliyevin əsgəri” olduğunu bir daha vurğulayır və davasının onun biznesinə zərbə vuran oliqarx və şirkətlərlə olduğunu önə çəkir. Hər halda Mənsimovun vətən sevgisi, Azərbaycana bağlılığı kimsə də şübhə doğurmur, amma bu qədər aqressiv davranışları da müəyyən dairələrdə xoş qarşılanmır.

Bununla bağlı PİA.az-ın əldə etdiyi məlumatlara əsasən müəyyən qüvvələr bilərəkdən Mübariz Mənsimovu doğulduğu ölkə ilə üz-üzə qoyur. Redaksiyamıza daxil olan informasiyaya görə əslində iş adamının həmişə ətrafına inanması, güvənməsi ona böyük problemlər yaşadıb. İllər əvvəl “Palmali” dünyada daşımaçılıq şirkətləri arasında ən nüfuzlu və müsbət imicə malik şirkət kimi tanınırdı və demək olar donanmasına hər il onlarla əlavə tankerlər daxil edirdi. Lakin bir anda Mənsimovun şirkətində axsamalar yaranmağa başladı və ən böyük tərəfdaşlarını itirməyə başladı. Sonradan aydın oldu ki, şirkətin ikinci adamı Alaatdin Aykaç şirkətə xəyanət edib və Mənsimova ciddi ziyanlar vurub. Hətta deyilənləri “Palmali” şirkəti də rəsmən təsdiqləyib Aykaçı məhkəməyə verdiklərini ictimaiyyətə bəyan etdilər.

İndi isə Mənsimovun doğulduğu ölkə ilə -dövlətlə qarşı qarşıya qoymağa cəhdlərin olduğu və bunun məhz iş adamının yaxın ətrafı ilə həyata keçirildiyi söylənilir. Belə ki, əvvəllər Mənsimovun təhlükəsizlik xidmətinə başçılıq edən hazırda isə “Palmali” nin ikinci adamına çevrilən Vüqar Hüseynovun əslində çalışdığı şirkətə sadiq olmadığı və Mənsimovda yaranan aqresiyyanın səbəbkarı olduğu deyilir.

Deyilənlərə inansaq bir ara mətbuatda adı pul fırıldağında çəkilən (Bu linklə tanış olun: “Palmali” vitse-prezidentinin adı pul fırıldağında) və “Palmali”dən qovulan Vüqar Hüseynov hansi isə yollarla yenidən şirkətə dönməyi bacarıb və indi yenə də “Palmali”yə şirkətin rəqibləri tərəfindən aldğı sifarişlə ziyan vurmaq və sarsıtmaq istəyir. Çünki, Vüqar hüseynov “Palmali”dən qovulan kimi ayrı yerə yox, məhz rəqib və “Palmali” ilə münasibəti pozulan şirkətə sığınmışdı. İddia olunur ki, Mənsimov bütün olanların fərqində deyil və kifayət qədər nüfuza və hörmətə sahib olan iş adamını müəyyən qüvvələr məhz yaxın ətrafının əli ilə nüfuzdan salmaq, Azərbayca dövləti ilə üz-üzə qoymaq istəyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar