Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Depressiya əleyhinə dərmanlar intihara sövq edir

Depressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir

Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb.

Anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur.

Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur
Universitetin internet saytında yayımlanan məqalədə intiharların kökündə dayanan amillərdən birinin məhz bu həblər olduğu açıqlanıb. Bildirilib ki, anti-depressiya preparatları qəbul edənlərin beyinlərində intihar düşüncəsi peyda olur. Digər tərəfdən də psixoloji gərginlik azalmaq əvəzinə tam əksi müşahidə olunur. Hiss və həyəcan duyğuları soyuqlaşır, mənəvi böhran başlayır.

Sözügedən təhqiqata qədər anti-depressiya dərmanları istifadə edən 18-25 yaş arasında olan gənclərdə 20 mənfi təsirin olduğu iddia olunurdu. Amma son arşdırmalardan sonra məlum olub ki, bu mənfi təsirlər daha böyükdür.

Depressiyanı azaldır, amma intihar düşüncəsini artırır

Tədqiqatçılar iştirakçıların 82%-də depressiyanın azalmasını müşahidə ediblər. Lakin qalanlarında intihar meylinin güclənməsi qeydə alınıb. 62 % adamlarda isə duyğu və hislərinin azaldığı, o cümlədən cinsi zəifliyin yarandığı bildirilib. 42%-də “özüm kimi hiss etmirəm”, 39%-da “başqalarının dediklərini vecimə almıram” kimi cavablar verilib. Respondentlərin 55%-i isə preparatlardan azad olmaq istəyindən məhrum olduqlarını bildirib. Araşdırma komandasının əməkdaşlarının son rəyi isə belə olub: “İştirakçıların 13-dən çoxunda bu preparatlardan sonra intihar meyilləri yüksəlib”.

Əldə oluna qənaət ürəkaçan olmasa da, illərlə aparılan araşdırmaların nəticəsidir.

Qeyd edək ki, Amerika və Avropa həkimləri hələ 2003-cü ildə həyəcan təbili çalaraq bildirirdilər ki, 18 yaşına qədər olan gənclər anti-depressiya preparatlarından istifadə etdikdən sonra intihara meylli olurlar. 2005-ci ilin fevral ayında artıq 18 yaşından aşağı gənclər belə preparatları alarkən xəbərdar olunmağa başladı. 2007-ci ildən etibarən isə belə bir xəbərdarlıq 18-24 yaşarası gənclərə şamil edilməyə başladı. (Medicina.az)

pia.az


Etiket: Depressiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar