Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sevsəm öldürərlər, sevməsəm ölləm” - Ərdoğan S-400 dalanından necə çıxacaq?

Politoloq: “ABŞ Türkiyə ilə birgə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyat keçirsəydi və YPG dəstək verməsəydi bu gün Türkiyə Rusiya əlaqələri ən yüksək səviyyədə olardı”

“Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığı bu əlaqələri hərbi texniki müstəviyə gətirməsi ABŞ Türkiyə arasında müttəfiqlik əlaqələrinə mənfi təsir etməsinə gətirib çıxaracaq”.

Bu sözləri politoloq Məhəmməd Əsadullazadə Türkiyənin S-400 sazişi məsələsində Türkiyənin dalana dirənməsini PİA.az-a şərh edərkən bildirib.

Hazırda Türkiyənin gündəmində AKP hakimiyyətini və şəxsən Ərdoğanı gərgin günlər yaşamağa məhkum edən iki məsələ var. Bunlardan biri təbii 31 mart bələdiyyə seçkiləri, digəri isə S-400 anlaşmasıdır. Əslində Rusiyadan alınacaq olan S-400-lər artıq bir ildən çoxdur ki, Ərdoğanın doğrudan baş ağrısına çevrilib. ABŞNATO ilə Türkiyə arasında əsas gərginlik səbəinə çevrilən S-400 anlaşması seçki təbliğatının ən yüksək gərgin günlərində belə Türkiyənin əsas gündəm maddəsi olaraq qalmaqda davam etdi. Hazırda İctanbul və Ankaradakı seçkilərin mübahisəli nəticələri də S-400-ləri ikinci plana keçirə bilməyib və yaxın günlərdə Türkiyə-ABŞ iqtisadi danışıqlarının başlaması gözlənilirkən, S-400 anlaşması Türkiyə-ABŞ yoluna atılmış “kötük” olaraq görünməkdədir.

Qeyd edək ki, bu ilin ilk üç ayında artıq iki dəfə ABŞ Türkiyəyə S-400-lərlə bağlı konkret xəbərdarlıq edib. Sonuncu dəfə isə ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyədən NATORusiya arasında seçim etməsini istəyib. Bu isə əslində Ərdoğana Vaşinqtondan verilən açıq ultimatum kimi dəyərləndirilməlidir.

NATO-nun 70 illik yubileyi ilə bağlı keçirilən toplantıda da ABŞ-la Türkiyə arasında S-400 gərginliyi açıq şəkildə hiss olundu. Vaşinqton açıq şəkildə Türkiyənin üzərinə ittihamlar yağdırdı və Ankaranı NATO-nu dağıtmaqda ittiham etdi.

Maraqlıdır ki, Türkiyə Rusiyadan NATO standartların uyğun olmayan havadan müdafiə sistemi alan ilk ölkə deyil. Daha əvvəl Yunanıstan və Bolqarıstan Rusiyadan S-300 raketlərini alıblar və hazırda həmin raketlər bu iki ölkənin silah arsenalı arasında yer almaqdadır. Lakin buna baxmayaraq nə Vaşinqton, nə də NATO həmin ölkələrə Rusiya raketlərini aldıqlarına görə təzyiqlərə məruz qoymayıblar.

Məsələ ondadır ki, Ərdoğanın Rusiya ilə S-400 anlaşmasından imtina etməsi də imkansız görünməkdədir. Bu Ərdoğanın beynəlxalq aləmdə simasını itirmək kimi dəyərləndirilə və Türkiyənin son zamanlar müstəqil şəkildə yürütdüyü xarici siyasəti böyük təhlükə altına ala bilər. Söhbət Türkiyənin Suriya və Yaxın Şərq siyasətindən gedir ki, Ərdoğan S-400-lərdən imtina etdiyi halda bu günə qədər apardığı bütün siyasət zibil qutusuna atılmalıdır.

Digər tərəfdən isə Ərdoğanın S-400-ləri alarkən əsas məqsədlərindən biri də NATO-nun hava hücumlarından müdafiə sistemi əldə etməkdir. Yəni faktiki olaraq NATO-ya üzv olsa da, hər zaman ikili standartlarla üz-üzə gələn Türkiyə özünü Şimal Alyansından da qorumağa gəhd edir və bu da təbii ki, Vaşinqtonun planları ilə üst-üstə düşmür. Çünki Vaşinqton bölgədə daha az müstəqil və daha üz gücə sahib olan Türkiyənin varlığını istəyir.

Əslində Rusiya da qeyri-rəsmi şəkildə də olsa da Ərdoğana ultimatum vermiş durumdadır. Yəni Ərdoğan S-400 məsələsində faktiki olaraq ki od arasında qalıb. Həm ABŞ, həm də Rusiya S-400-lərlə bağlı Türkiyəni dalana dirəyib.

S-400 böhranından Türkiyənin ziyan görmədən çıxması mümkündürmü? NATO-Türkiyə və ABŞ-Türkiyə münasibətləri S-400-lərə görə nə qədər qırıla bilər və yaxud da əksinə, Türkiyə S-400-lərdən imtina edərsə, Rusiya-Türkiyə siyasi-iqtisadi münasibətlərində hansı prosseslər gedər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “ABŞ-ın Kobanidə İŞİD-ə qarşı silahlı mübarizəni Türkiyə ilə deyil, YPG terror təşkilatı ilə həyata keçirməsi Ankaranın Vaşinqtondan üz döndərməsinə səbəb oldu”.

ABŞ Türkiyə ilə birgə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyat keçirsəydi və YPG dəstək verməsəydi bu gün Türkiyə Rusiya ssiya əlaqələrinin ən yüksək səviyyədə olacağından əminliyini bildirə politoloqun fikrincə, Türkiyə əgər, bu silahları almasa Türkiyə Rusiya əlaqələri ciddi zədələnıə bilər. Rusiya Türkiyənin Suriyada hərbi əməliyyatlarına imkan verməz:

“Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığı bu əlaqələri hərbi texniki müstəviyə gətirməsi ABŞ Türkiyə arasında müttəfiqlik əlaqələrinə mənfi təsir etməsinə gətirib çıxaracaq. İlk növbədə ABŞ-ın Türkiyə ələyhinə müəyyən dərəcədə mənfi siyasətinin şahidi olduq. Burada ABŞ-ın şimali Suriyada PKK terror təşkilatının qolu olan YPG-ə verdiyi siyasi, hərbi, lojistik dəstək Türkiyənin suverenliyinə ciddi təhdid yaradır. Hesab edirəm ki, bu problem ABŞ-dan qayanaqlanır. Çünki ABŞ-ın Türkiyənin suverenliyi üçün təhdid olan PKK terror təşkilatına dəstək verməsi Türkiyənin regionda əsas probleminə çevrilib. ABŞ-ın Kobanidə İŞİD-ə qarşı silahlı mübarizəni Türkiyə ilə deyil, YPG terror təşkilatı ilə həyata keçirməsi Ankaranın Vaşinqtondan üz döndərməsinə səbəb oldu.

Hesab edirəm ki, ABŞ Türkiyə ilə birgə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyat keçirsəydi və YPG dəstək verməsəydi bu gün Türkiyə Rusiya əlaqələri ən yüksək səviyyədə olardı. ABŞ Türkiyənin istəklərinə baxmayaraq PATRİOT raket komplekslərinin Ankaraya verilməməsi də əlaqələrdə gərginliyə gətirdi.

Türkiyə Rusiya ilə S400 raket komplekslərinin alışı müqaviləsini imzalayıb. Bu silaların NATO standartlarına uyğun olmadığı Vaşinqton dəfələrlə qeyd edir. Amma NATO üzvü olan Yunanıstan Rusiyadan S-300 raket komlekslərini bir neçə ilə bundan əvvəl idxal edib. Daha sonra isə Bolqarıstan da eyni silahı Rusiyadan alıb. Bu qadağa Türkiyəyə varsa, niyə Yunanıstana və Bolqarıstana şamil olunmur?

Məhəmməd Əsadullazadə: “Əəgər Türkiyə Rusiyadan bu silahların tədarükünü dayandırarsa da, ABŞ Türkiyəyə heç də güzəştə getməyəcək”.

Görünür, probelm Türkiyənin müstəqil siyasəti və Rusiya ilə yaxınlaşan siyasi-iqtisadi əlaqələrinin inkişafıdır.

Türkiyə iki dilemma arasında qalıb. Türkiyə Rusiyadan bu kompleksləri tadarük edəcək. Amma, ola bilər ki, bundan sonra yeni silah raketlərin alışı müqaviləsini bağlamasın.

ABŞ Rusiyanın silah ixracına emabarqolar tətbiq etməyə çalışır. Silah bazarı uğrunda da mübarizə gedir. Ona görə də Türkiyənin Rusiyadan milyard dollarlıq silah alışının reallaşmasını qəbul etmək istəmir.

Türkiyə əgər, bu silahları almasa, Türkiyə Rusiya əlaqələri ciddi zədələnə bilər. Rusiya Türkiyənin Suriyada hərbi əməliyyatlarına imkan verməz. Göründüyü kimi Vaşinqton çalışır ki, Rusiya ilə Türkiyənin əlaqələrinə zərbə vursun.

Qeyd edim ki, əgər Türkiyə Rusiyadan bu silahların tədarükünü dayandırarsa da, ABŞ Türkiyəyə heç də güzəştə getməyəcək. Sadəcə Türkiyəyə qarşı ciddi təzyiqlər edir və çaılışır ki, Türkiyə AKP iqtidardan getsin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar