Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artıq AKP məğlubiyyətə bərabər qələbə qazanır” - Nəzakət Məmmədova

Politoloq: “2002-ci ildən bəri mövcud olan AKP-nin qüdrətli dövrü getdikcə zəifləyir. Keçirilən seçkilər də bunu göstərdi”

“Ola bilər ki, AKP gələcəkdə koalisyon hökumətlərə getmək məcburiyyətində qalacaq. Artıq AKP təkbaşına hakimiyyəti qura bilməyəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Türkiyədəki 31 mart seçkilərinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində 44,31 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən qələbə qazanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) isə 30,11 faiz səslə ikinci olub. Digər yerlərdə İYİ parti (7,45 faiz), MHP (7,31 faiz) və HDP(4,24 faiz) yer alıb.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş (50,91 faiz) qalib gəlib. AKP təmsilçisi Mehmet Özhaseki cəmi 47,1 faiz səs yığa bilib. Türkiyənin digər əsas şəhərində də müxalif CHP hakim partiyanı üstələyib. Belə ki, İstanbulda seçkilərin favoriti Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48, 79 faizlə birinci olub. B.Yıldırım isə 48, 51 faiz səslə rəqibinə uduzub.

Türkiyədəki seçkilərinin nəticələri, xüsusən Ankara və İstanbul seçkilərinin nəticələri top-tüfənglə qarşılanır. AKP-nin İctanbul İl başkanı iddia edib ki, CHP seçkilərdə saxtakarlıq edib. 20 ilə yaxındır ki, Türkiyədə hakimiyyətdə olan bir partiyanın rəsmisinin belə bir açıqlama çıxış etməsi isə heç də birmənalı qarşılanmayıb. Hətta bir çox AKP yetkililəri və AKP yanlı media daha da irəli gedərək FETÖ-nün seçkilərə müdaxilə etdiyini irəli sürərək bu əsas iki şəhərdə seçkilərin nəticələrini ləğv etməyə çağırır.

AKP hakimiyyətdə olduğu seçkilərə müdaxilə edildiyini irəli sürərək xalqın iradəsinə bu şəkildə hörmətsizlik nümayiş etdirməsi nə anlamına gəlir? Son seçkilərdən sonra Türkiyənin siyasi həyatında dəyişikliklər gözlənilir və hansı proseslərin inkişafına daha çox ehtimal vermək olar? Misal üçün erkən seçkilər mümkündürmü? Həmçinin son seçkilərdən sonra Abdulla Gülün və Əhməd Davudoğlunun liderliyində yeni bir partiyanın qurulması gündəmə gəlib. Sabiq AKPçilərin bayrağı altında Ərdoğanın indiki AKP-sinin parmalanmasını gözləyirsinizmi və Türkiyədə 4 il yarım seçkinin olmayacağını nəzərə alarsaq, yeni partiyanın uğurlu bir layihə olacağını güman etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “CHP-nin hakimiyyətə qayıtması Türkiyənin daxili və xarici siyasətində böyük dəyişikliklərə səbəb olacaq. Yəni bu günkü Türkiyəni çox dəyişmiş olaraq görə biləcəyik”.

Adətən seçkilərdə hakimiyyətlər, iqtidarlar seçkiləri saxtalaşdırmaqda ittiham olunduqların xatırladan politoloq qeyd edib ki, qəribədir ki, Türkiyədə hakimiyyət müxalifəti seçkiləri saxtalaşdırmaqda, qanun pozuntularında ittiham edib:

“Türkiyədəki seçkilərdə mübahisə məsələsində diqqət çəkən bir məsələ var. Bu məsələ də ondan ibarətdir ki, adətən seçkilərdə hakimiyyətlər, iqtidarlar seçkiləri saxtalaşdırmaqda ittiham olunurlar və müxalifət hesab edir ki, hakimiyyət öz əlindəki resurslardan, təsir vasitələrindən istifadə edərək seçkilərə təzyiq göstərir, seçkiləri öz xeyrinə saxtalaşdırır. Qəribədir ki, Türkiyədə hakimiyyət müxalifəti seçkiləri saxtalaşdırmaqda, qanun pozuntularında ittiham edib.

Təbii ki, AKP-nin rəqibi sıradan bir siyasi qüvvə deyil. Rəqib CHP Atatürkdən bəri, yəni uzun-uzun illər Türkiyəni idarə etmiş bir partiyadır. Biz CHP-nin Türkiyədə yenidən öz siyasi mövqeyini bərpa etməyə çalışdığını görürük. Artıq 2002-ci ildən bəri mövcud olan AKP-nin qüdrətli dövrü getdikcə zəifləyir. Keçirilən seçkilər də bunu göstərdi.

Nəzakət Məmmədova: “Artıq AKP qələbələri çox çətinliklə əldə edir. Elə qələbə əldə edir ki, o heç də Türkiyyə əhalisinin mütləq əksəriyyətinin iradəsini ifadə etmir”.

AKP-nin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə bələdiyyə başkanlığı postlarını itirməsi seçki nəticəsi olaraq ağır itkidir. 2002-ci ildən bəri AKP Türkiyənin favorit partiyası idi və əhalinin əksəriyyəti də ona səs verirdi. Lakin son seçkilərdə görürük ki, artıq AKP məğlubiyyətə bərabər qələbə qazanır. Yəni AKP qələbələri çox çətinliklə əldə edir. Elə qələbə əldə edir ki, o heç də Türkiyyə əhalisinin mütləq əksəriyyətinin iradəsini ifadə etmir. Bu da onu göstərir ki, artıq partiyanın özü də yorulub.

Həmçinin əhalinin özünün də Ərdoğanın siyasətinə, AKP-yə qarşı müəyyən iradları var. Amma yenə də AKP Türkiyədə güclü mövqelərini qoruyub saxlaya bilirlər. Bununla belə CHP-nin Türkiyədə böyük siyasi sistemə yenidən qayıtdığını görürük. CHP-nin hakimiyyətə qayıtması Türkiyənin daxili və xarici siyasətini tamamilə dəyişməsinə səbəb ola bilər.

Nəzakət Məmmədova: “Türkiyənin regionda böyük dövlətə çevrilməsi strategiyası və 2023 hədəfi var. Təbii ki, o vaxta qədər AKP hakimiyyətdə qalacaq”.

Onu da qeyd edim ki, 2022-cü ildə Ərdoğanın Cümhuriyyətin 100 illiyi ilə bağlı strategiyası var. Türkiyənin regionda böyük dövlətə çevrilməsi strategiyası və 2023 hədəfi var. Təbii ki, o vaxta qədər AKP hakimiyyətdə qalacaq. Bu layihələrin uğurla həyata keçirilib-keçirilməməsi AKP-nin gələcəkdə hakimiyyətdə qalma məsələsinə təsir edəcək. Amma CHP hakimiyyətə gələrsə, yəni ən azından parlamentdə, bələdiyyədə mövqelər əldə edərsə, bu onu göstərəcək ki, Türkiyə 70 il əvvəlki siyasətinə qayıdacaq. Yəni o vaxtlar, CHP-nin hakimiyyəti dövründə Türkiyə Avropa, ABŞ, İsraillə yaxın münasiblərdə olub. Amma Ərdoğan gəldi bu siyasətin hamısın dəyişdi. Ərdoğan Rusiya ilə yaxınlaşma siyasəti yeritdi, din amili dövlətdə yüksəlməyə başladı və s.

Ola bilər ki, AKP gələcəkdə koalisyon hökumətlərə getmək məcburiyyətində qalacaq. Artıq AKP təkbaşına hakimiyyəti qura bilməyəcək. Düzdür mən AKP-nin CHP ilə ittifaqına inanmıram. AKP-nin MHP ilə yaxınlığı daha çoxdur.

Bir daha qeyd edim ki, CHP-nin hakimiyyətə qayıtması Türkiyənin daxili və xarici siyasətində böyük dəyişikliklərə səbəb olacaq. Yəni bu günkü Türkiyəni çox dəyişmiş olaraq görə biləcəyik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar