Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Rəşidoğlu: “Ərdoğan bütün uğurlarını hikkəsinə qurban verir”

“Ərdoğan 17 illik hakimiyyətinin ən böyük acısını daddı. Ankara, İstanbul, İzmir, Adana, Çanaqqala, Əskişəhər kimi iri və sənaye şəhərlərində AKP məğlub oldu. Ən əsası isə odur ki, Ərdoğanın “varis planı” fiaskoya uğradı”

Bu sözləri siyasi icmalçı Azər Rəşidoğlu Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən yazıb.

Onun fikrincə, artıq Binəli Yıldırımı varis kimi ictimai rəyə sırımaq mümkün olmayacaq. Ərdoğan bütün uğurlarını hikkəsinə qurban verir: “Vaxtında AKP-ni yeniləməli, partiyanın “boz kordinalı” olan Numan Kurtulmuşu sədr seçdirməli idi, onsuz da partiya onun barmağının işarəsi ilə idarə edilir. Bu seçki onu deməyə əsas verir ki, Ərdoğan üçün yolun sonu görünür. Baxmayaraq ki, ümumi nəticələrə görə AKP öndədir, strateji planda Ərdoğan ağır zərbə aldı və qarşıda onu və komandasını “qara zolaq” gözləyir. Bu mərhələdə ABŞ Türkiyəni küncə sıxacaq və ictimai rəy Ərdoğanın əleyhinə işləməkdə davam edəcək”.

A.Rəşidoğunun sözlərinə görə, Türkiyə seçicisi eyni simanı 17 il görməkdən bezib. Eyni şüarları eşitmək insanları təngə gətirib: “Daimi mühərrik olmadığı kimi, daimi qələbə də olmur. Qayıda bilmək üçün, vaxtında getmək gərəkir. Ərdoğan bunu edə bilmədi. “Varis planı”nda da ciddi yanlışlığa yol verdi”.

Siyasi icmalçı hesab edir ki, Binəli Yıldırım kimi müti icraçı əvəzinə Kurtulmuş kimi intellektual sima seçilməli idi: “Ərdoğan başı dik getməlidir. Qalib kimi. Seçkidə uduzub getmək ən böyük qələbədir. Ərdoğan şərqli cığallığından əl çəkə bilmir. Hikkəsi onu fiaskoya yaxınlaşdırır. O, komandasını deyil, özünün qürurunu düşünür. Siyasətçi üçün yanlış seçimdir. Romantikliyi də onu məhvə sürükləyir. Xəyalını qurduğu siyasət bir utopiyadır. Bunu anlamaq lazımdır. AKP-nin qələbəyə daşıyan komanda üzvlərinin çoxunun kəlləsini alan Ərdoğan üçün artıq asan olmayacaq. Birlikdə çətin sınaqlardan çıxdığı yol qardaşlarını Ərdoğan qurban verdi. Gənc ikən birlikdə olduqları insanların üzərindən xətt çəkən Ərdoğan Nikkolo Makiavellinin öyrətdiklərini həyata keçirtdi. Uğurları da az olmadı. Amma həmişə qalib gəlmək mümkün deyil. RTE üçün ağır sınaqlar başlayır…”

pia.az


Etiket: Azər Rəşid

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar