Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimya terapiyasını əvəzləyəcək dərmanlar kombinasiyası aşkarlanıb

Albert Universitetindən olan kanadalı alimlər xərçəngə qarşı iki dərman vasitəsinin faydalı kombinasiyasını aşkarlayıblar

Hər iki dərman artıq ayrı-ayrılıqda kliniki sınaqlarda testləşdirilmədən keçirilsə də, onların sinergetik effekti yalnız indi müşahidə edilib.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, müalicə "ATR" və "Wee1" fermentlərinin ləngiməsini nəzərdə tutur ki, bunun nəticəsində də xərçəng hüceyrələrinin DNT bütövlüyü pozulur.

Komanda süd vəzisi xərçəngi nümunəsində siçanlar üzərində sınaqlar aparıb. Müalicə nəticəsində şişlər dərhal kiçilib, onların yayılmasının qarşısı alınıb.

Alimlər izah edirlər ki, şişlərin yayılmasına şərait yaradan xərçəng hüceyrələrinin altçoxluğu müalicəyə xüsusilə dayanıqlıdırlar. Lakin yeni sxem onları şişlərin digər hüceyrələri kimi təsirə qarşı həssas edir.

Müalicə ənənəvi kimya terapiyası ilə müqayisədə minimal kənar effektlər verib. Müəlliflər hesab edirlər ki, gələcəkdə dərmanların kombinasiyası ən azı bəzi hallarda zəhərli müalicələri əvəzləyə bilər.

Preparatlar xərçəngin müxtəlif növləri üçün səmərəli ola bilər. Alimlər gələcək tədqiqatlarda onları yoğun bağırsaqda, yumurtalıqda olan və bir sıra digər şişlərdə testləşdirməyə hazırlaşırlar. Çünki hər iki preparat artıq insanlar üzərində testləşdirilərək bəyənilib. Komanda tezliklə kliniki tədqiqatların başlanacağına ümid edir.

Buna bənzər nəticələri Amerika Birləşmiş Ştatlarından olan alimlər də əldə ediblər. Onlar da iki dərmanı birləşdirərək, şişlərin ən ölümcül növü sayılan mədəaltı vəzinin xərçənginə qarşı mübarizədə istifadə ediblər. Aparılan müalicə insan üçün əhəmiyyətli potensial nümayiş etdirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Ən çox oxunanalar