Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoloji Mərkəz həm də cinayətkarların sığınacağı imiş?

Narkoloji Mərkəzdə müalicə olunan, məlum yanğın hadisəsi zamanı sağ qalan zərərçəkmişlərdən birinin etirafı bu Mərkəzdə baş verən daha bir cinayət faktını üzə çıxarıb

Məlum olub ki, Şamaxıda həyat yoldaşını ölümcül döyüb xəstəxanalıq edən Şirzad Əsədov ad-soyadını dəyişərək xəstə kimi Narkoloji Mərkəzdə gizlənib. Baş həkim isə ondan nə sənəd tələb edib, nə də göndəriş vərəqəsi.

Əslində isə Mərkəzə xəstə qəbulu müvafiq tibb müəssisələrinin göndərişi əsasənda aparılır. Ən azı xəstə qeydiyyatdan keçərkən sənədləri yoxlanılmalı, barəsində müvafiq araşdırma aparılmalıdır. Amma Narkoloji Mərkəzdə adam öldürməyə cəhd edən qatı cinayətkarı başqa ad altında gizlədiblər. Və çox güman ki, bu təkcə səhlənkarlığın nəticəsi deyildi...

Narkoloji Mərkəzdə yol verilmiş qanunsuzluq Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Şamaxı rayon sakini Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesində ictimailəşib.

Virtualaz.org-un xəbərinə görə, həmin cinayət hadisəsi Şamaxı rayonunun Meyseri kəndində baş verib. Şirzad Əsədov qeyri-rəsmi nikahda yaşadığı 33 yaşlı Zöhrə Əlqəmbəyovanı vəhşicəsinə döyüb. Ağır dərəcəli bədən xəsarətləri alan qadın Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması qoyulub.

Hadisədən sonra Ş.Əsədov narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə adı altında gizlənib.

Ş.Əsədov cəmi iki gün Mərkəzdə qala bilib. Məlum yanğın zamanı o da zərərçəkənlər arasında olub, amma sağ qalıb.

Narkoloji Mərkəzdəki yanğınla bağlı araşdırma aparılarkən Ş.Əsədovun kim olduğu üzə çıxıb. Bundan sonra o, həbs edilib.

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı keçirilən məhkəmə prosesində Ş.Əsədov zərərçəkmiş qismində ifadə verib. Bildirib ki, Narkoloji Mərkəzə gələndə həkimə ad-soyadını yanlış deyib: “Üç ay idi ki, axtarışdaydım. O zaman həbsdən yenicə çıxmışdım. Həm müalicə almaq üçün, həm də həbsə düşməmək üçün Mərkəzə müraciət etdim. Azad müəllimə adımı və soyadımı səhv dedim. Məni palataya köçürdülər. Bir-iki gündən sonra bu hadisə baş verdi. Həmin gecə tüstünün qoxusuna oyandım, boğulurdum. Tez çölə qaçdım. Hər yanı tüstü bürümüşdü, duman kimi idi. Göz-gözü görmürdü. Birtəhər çölə çıxdım. İlkin yardım elədilər, boğulurdum. Sonra bizi başqa palataya köçürdülər. Araşdırma başlayanda bildilər ki, axtarışdayam”.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Yanğınla bağlı Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov, Mərkəzin əməyin təhlükəsizliyiüzrə mühəndisi Mahir Abdullayev, orada müalicə olunan xəstələrdən yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova həbs olunublar. Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar