Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maşın bazarında ucuzlaşma olacaq - Ekspert

Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür

Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir:

"Amma qiymətlərin sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər".

Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir:

"Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir".

pia.az


Etiket: Maşın bazarı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Ən çox oxunanalar