Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya sazişsiz “Breksit”lə bağlı fəaliyyət planını tətbiq edəcək

Böyük Britaniya bu ilin martın 25-də Breksitlə bağlı sazişin yoxluğunda və buna görə qeyri-müəyyənliyin davam etməsi ilə əlaqədar xüsusi tədbirlər planını həyata keçirəcək

“Funancial Times” qəzeti hökumət içindəki mənbələrinə istinadən tədbir paketini artıq hazır olduğunu xəbər edib.

“Operation Yellowhammer” adlı plana əsaəsn bu məqsədlə “operativ idarəçiliyin xüsusi sistemi” fəaliyyət göstərəcək. Sistemdə 5 mindən çox insan ərzaq, yanacaq və maliyyə sahəsindəki yarana biləcək çatışmazlıqlarla əlaqəar gücləndirilmiş iş rejimində çalışacaqlar.

Həmin əməkdaşlar fövqaladə vəziyyətdə ölkəni idarə edəcək aparıcı nazirliklər və onların idarələri ilə sıx bağlı dövlət məmurlarıdır. Bunların içində ətraf mühitin mühafizəsi, ərzaq və kənd təsərrüfatının inkişafı, Nəqliyyat, Maliyyə nazirlikləri, həmçinin krallıq vergi və gömrük xidmətinin işiçiləri önə çıxırlar.

“Yellowhammer”in operativ-komanda strakturları martın 25-də Böyük Birtaniya və Avropa Birliyi arasında hər hansı razılığın olmadığı təqdirdə tam hazırlıq vəziyyətinə gətirilicəklə”,-deyə Bpyük Britaniyanın AB-dən çıxması məsələləri üzrə naziri Stiven Barkli kabinet üzvlərinə məlumat verib.

Böyük Britaniya Müdafiə nazirliyi də silahlı qüvvələrin hazırlıq dərəcəsini yüksəldib. “Breksit”lə əlaqədar arzuolunmaz situasiyanın yaranması halında 3,5 mindən çox hərbi qulluqçu prosesə cəlb olunacaq.

Qeyd olunur ki, Böyük Britaniya baş naziri Tereza Mey Avropa Komissiyası sədri Jan-Klod Yunkerə göndərdiyi məktubda ölkəsinin Avropa Birliyindən çıxışının 30 iyuna qədər ertələnməsni xahiş edib. Jan Klod Yunker öz növbəsində son tarixin 23 may olmasını istədiklərini söyləyib.

Avropa Şurasının sədri Donald Tusk isə Böyük Britaniyanın Avropa Birliyindən çıxış tarixinin təxirə salınmasını “Breksit”lə bağlı sazişin imzalanması şərtinə bağlayıb.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar