Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanov rayonunda Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilib

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilib


18 mart 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilmişdir.

Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdləri üçün 23-26 mart tarixlərində Naxçıvan Muxtar Respublikasına tur-aksiya təşkil olunmuşdur.

Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi- mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Tur-aksiya çərçivəsində Nərimanov rayonundan 27 nəfər məktəblinin növbəti səfəri təşkil olunmuşdur. Nərimanov Rayon İcra Hakimiyyətində tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi
tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Şagirdlər tur-aksiya zamanı Naxçıvanda Heydər Əliyevin Mərkəzlərini, tarixi abidələri, muzeyləri ziyarət edəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar