Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəqliyyat Agentliyi “Mafia liderlərinə” niyə göz yumur? - Taksi şirkətlərinin “haqq” əməliyyatı...

Taksi şirkətləri təqdim etdikləri paketdən əlavə sürücülərdən həftəlik və ya aylıq “haqq” tələb edir

Müqavilə sənədinə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin taksi şirkətləri təqdim etdikləri paketdən əlavə sürücülərdən həftəlik və ya aylıq “haqq” tələb edir. Minval.info-nun əldə etdiyi məlumata görə onlar tələbə uyğun işləmək istəmədikdə, balans paketləri bitmədiyi halda belə, şirkət sürücülərə müştəri vermir.

İddiaya görə, özəl qurumlarda çalışan taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir. Bundan əlavə, taksi şirkətlərində operator vəzifəsində işləyən şəxslərin də rəhbərliyin “plan” mexanizmini təqlid etdiyi bildirilir. Belə ki, onlar əlavə pul aldığı sürücüləri müştərilərlə təmin edir.

Sürücülər şikayətdə bildirir ki, “şirkət sahibləri özlərini mafia başçısı kimi aparır”.

Qeyd edək ki, “9111” və “189” nömrələri altında fəaliyyət göstərən taksi şirkətlərinin adı sözügedən məsələdə hallanmır. Bu özəl qurumlarda çalışan sürücülər qeyd edilən vəziyyətlə qarşılaşmadıqlarını dilə gətirib.

Saytımıza verilən məlumatda həmçinin bildirilir ki, əlavə “haqq” ödəməyən taksi sürücüləri şəhərətrafı və asfalt örtüyünün bərbad olduğu ərazilərə yönləndirilir. Pul ödəməyən sürücüləri bu yollarla ödəniş etməyə məcbur edirlər.

Minval.info Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladı, lakin qurumdə bununla əlaqədar heç bir açıqlama verilmədi.

Qeyd edək ki, ötən yazımızda BNA-nın sözçüsü məsələnin araşdırılacağını bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar