Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı bank soyğunçuluğunun şok statistikası...

Neft Fondunun milyardlarından kimlər yararlanır?

“Dövlət Neft Fondu 2018-ci ildə yeni anti-rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən Dövlət Neft Fondu vur-tut 0,35% gəlir əldə edib! Belə yerdə deyiblər ki, aldım qoz-verdim qoz!…”

“AzPolitika.info”-nun məlumatına görə, bunları iqtisadçı-alim Nemət Əliyev “facebook” səhifəsindən paylaşdığı yazıda yazır.

N.Əliyev daha sonra qeyd edir ki, bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir: “0,35%-lik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə çevirsək, 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm, sizlər də şübhə etməyin ki, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik (mətləbdən uzaqlaşmadan deyim ki, belə bir imkanın millətimizin əlindən alınması səbəbləri haqqında düşünməyi çox vacib sayıram)“.

İqtisadçı alimin sözlərinə görə, Neft Fondunun gəlirlilik səviyyəsi heç əvvəlki illərdə də diqqət çəkən olmayıb və hər cür tənqidə hədəf gəlib: “İllik gəlirlilik səviyyəsi 2017-ci ildə 1,88%, 2016-cı ildə 1,92%, 2015-ci ildə 1,24%, 2011-ci ildə 0,83%, 2010-cu ildə 0,99% və s olub. Bu faizlər Azərbaycan banklarının Azərbaycanda tətbiq elədiyi faiz dərəcələri ilə müqayisədə bir heçdir. Fondun 2018-ci ildə göstərdiyi nəticədən isə danışmağına dəymir.

Nəticə çıxarmaq baxımından ibrətamizdir ki, çökmüş vəziyyətdə olan Azərbaycan bankları idarə elədiyi 7,4 milyard dollarlıq kredit resursları ilə 2018-ci ildə Azərbaycan müştərilərinin canından 1 milyard 753 milyon manat faiz gəliri çıxarıb. Başqa sözlə desək, 5 dəfə az resursla 9,7 dəfə çox gəlir götürə bilib batmış banklarımız. Elə isə çökmüş banklarımızın yerli müştərilərin canından çıxardığını 26 mərtəbəli göydələnə dikələn Neft Fondumuz niyə əcnəbi müştərilərin cibindən çıxara bilməyib? Dünyanın maliyyə bazarlarında maliyyə resurslarının qiymətləri bahadırsa, Fond niyə qazana bilməyib o bahalıqdan? Yox, əgər bu dərəcədə ucuzluqdursa, o zaman bahalı pul siyasətinin təsirindən beli bükülmüş vətəndaşlarımıza o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?”

Qeyd edək ki, göstərilən faktlar Azərbaycandakı bank soyğunçuluğunun dəhşətli mənzərəsini göz önünə qoyur. Neft Fondu 38,5 milyard dollarlıq maliyyə vəsaitindən cəmi 106,5 milyon dollar gəlir əldə edib, banklarımız isə 7,4 milyardla 1,75 milyard gəlir əldə ediblər. Yəni, xaricilər Azərbaycan neftinin pulu ilə ucuz kreditlər hesabına iqtisadiyyatlarını inkişaf etdirdikləri halda, bizin hökumət kredit faizləri maksimuma çatdırıb və ya bunu seyr etməklə məşğul olub.Bu gün ölkədə yaranmış vəziyyətin başlıca səbəblərindən biri də məhz oliqarxların bankları vasitəsilə həyata keçirdiyi soyğunçu siyasətdir. Bu siyasət sahibkarları ölkədən didərgin salıb, vətəndaşın belini büküb… Nəticə göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur!

pia.az


Etiket: neft fondu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar