Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zidan “Real”ı tərk etməsinin səbəbini açıqladı

Yenidən "Real"ın baş məşqçisi təyin olunan Zinəddin Zidan açıqlama verib

Fransız mütəxəssis, "kral klubu"nu tərk etməsinin səbəbini də açıqlayıb:

"Evə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm.

Bu komanda ilə 2,5 il ərzində bütün titulları qazandığım üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, 9 ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik.

9 ay boyunca bu barədə heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni klub prezidenti özü dəvət etdi, ona "yox" deyə bilməzdim. Çünki bu klubu və onun prezidentini sevirəm. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram. Bu 9 ayda fikirlərim çox dəyişib".

Zidan, yayda "Real"ı "Yuventus"a dəyişmiş Kriştiano Ronaldo ilə bağlı suala isə belə cavab verib:

"Biz bu gün onun haqda danışmamalıyıq. Bizi çempionatda 11 oyun gözləyir və ona köklənməliyik. Ronaldo bu klubun tarixinə düşüb və bunu heç kim dəyişə bilməz. O, klubun ən yaxşı oyunçularından biri olub, ancaq bu gün onun haqda danışmağın zamanı deyil".

Zidan "Real"la 2022-ci ilə kimi nəzərdə tutulan müqavilə imzalayıb.(komanda.az)

pia.az


Etiket: Zinəddin Zidan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar