Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ türk siyasi-hərbi iradəsi ilə razılaşacaq

Türkiyə və ABŞ arasında gedən proseslər Ankaranın xeyrinə nəticələnəcək

Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, rəsmi Ankara gözünün önündə heç bir terror təşkilatına dözən deyil:

“Türkiyə bundan sonra kimlərinsə, o cümlədən, rəsmi Vaşinqtonun göstərişlərini yerinə yetirməz. Bu ilin oktyabr ayında Rusiyadan alınan S-400 silahları TSQ-nin istifadəsində olacaq. Türkiyə artıq bu məsələdə son sözünü deyib. Bundan sonra ABŞ F-35-ləri Türkiyəyə satsa da, satmasa da özü bilər. Türkiyə ABŞ-dan F-35 almağa hazırdır, amma buna görə Rusiyanın S-400-lərindən imtina edən deyil”.

Politoloq vurğulayıb ki, ABŞ terrorçuları sona qədər dəstəkləmək niyyətindədir:

“İndi də guya ABŞ-ın dəstəyi ilə Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı hərbi əməliyyat keçirir. Bunlar hamısı ona görə edilir ki, ABŞ PYD-YPG müttəfiqlərinin terrorçularla mübarizədə vacibliyini göstərsin və bunu bəhanə edib Suriyada qalsın. Ancaq ABŞ-ın Suriyada qalıb-qalmamasından asılı olmayaraq, Türkiyə verilən vaxt bitən kimi Menbiç və bütün Şimali Suriyada PKK-YPG-PYD terrorçu qruplarına qarşı antiterror əməliyyatı aparacaq. Şimali Suriya tam terrorçulardan təmizlənənə qədər Ankara orada hərbi mövcudluğunu qoruyub saxlayacaq. ABŞ Şimali Koreya ilə bir masa arxasında oturub razılaşırsa, Türkiyə ilə də bütün məsələlərdə razılaşacaq. Sadəcə, ola bilsin ki, bu, bir az vaxt aparacaq. ABŞ Suriyada iştirakının vaxtını uzatmağa çalışır. Afrində olduğu kimi, Menbiçdə də ABŞ türk siyasi-hərbi iradəsi ilə razılaşmağa məcbur olacaq. ABŞ kimi böyük dövləti belə fakt qarşısında qoyanda o geri çəkilməyi bacarır”. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Ən çox oxunanalar