Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmud Vaezi: “Plakat qalmaqalından Azərbaycan mediası vasitəsilə xəbər tutduq”

Qonaqlıq tipli tədbirdə kağız parçasının nümayiş etdirilməsi dəyərsiz və əhəmiyyətsizdir. Biz nə daxildə, nə də xaricdə heç bir qüvvəyə icazə verməyəcəyik ki, Azərbaycanla olan yaxşı əlaqələrimizə zərər vursun

Bunu REAL-a eksklüziv müsahibəsində İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı "Dağlıq Qarabağ Ermənistanındır" şüarı yazılmış plakat önündə çəkdirdiyi selfini şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycanla əlaqələrin inkişafı və möhkəmlənməsi İran üçün çox önəmlidir: "Ona görə də rəsmi müzakirələrimizdə və açıq görüşlərimizdə heç bir vəchlə icazə vermirik ki, Azərbaycanla İran arasında əlaqələrə zərər vuran söz deyilsin. Ermənistan baş nazirinin Tehrana səfəri zamanı keçirdiyi heç bir rəsmi görüşdə, mətbuat açıqlamalarında və İranın rəsmi şəxsləri ilə keçirdiyi rəsmi görüşlərində Azərbaycanla, Qarabağla əlaqədar heç bir söz deyilmədi, heç bir məsələ qaldırılmadı, ümumiyyətlə, bu kimi məsələlər müzakirə olunmadı".

M.Vaezi plakat qalmaqalından Azərbaycan mediası vasitəsilə məlumatlı olduqlarını dilə gətirib: "O, həmin axşam Tehranda ermənilərin toplaşdığı bir tədbirə qatıldı. Orada ev sahiblərindən biri erməni dilində - bizim başa düşmədiyimiz dildə plakat asıb. Bu məsələ Azərbaycan mediasında yayıldıqdan sonra biz nə baş verdiyini anladıq və bildik ki, burada İran İslam Respublikasının siyasətinə zidd olan hadisə baş verib. Bizim siyasətimiz çox aydındır. Biz daim elan etmişik ki, Azərbaycanın ərazi bütövlüyü rəsmən tanınmalıdır, hörmət olunmalıdır və biz özümüz də Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşmışıq. Bunu biz dəfələrlə elan etmişik. Bu, bizim prinsipial mövqeyimizdir. Biz müxtəlif səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi elan etmişik. İndi bir nəfərin qeyri-rəsmi tədbirdə, əslində qonaqlıq tipli mərasimdə kağız parçasının nümayiş etdirilməsi dəyərsiz və əhəmiyyətsizdir".

pia.az


Etiket: Mahmud Vaezi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar