Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pakistanla Hindistan arasında baş verənlər yeni geosiyasi toqquşmaların nəticəsidir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır

Pakistanla Hindistan arasında baş verən Kəşmir probleminin qabardılması, Cənub-Şərqi Asiyada yeni geosiyasi toqquşmaların nəticəsidir. Yaxın Şərqdən yeni münaqişə Çin sərhədlərinə yaxınlaşır. Məqsəd Çin və Hindistanı münaqişələrə cəlb etmək, Rusiyanın mövqeyini zəiflətməkdir. Yaxın perspektivdə Rusiya, İran, Çin və Hindistan arasında yeni müttəfiqliyin yaranması istiqamətində yeni plan hazırlanır. Hindistanın yeni strategiyası Rusiya ilə yaxınlaşmaq və yeni silahlar əldə etməkdir.

ABŞ-ın yeni strategiyası əsasən, Rusiya ilə əməkdaşlıq və hərbi-texniki müqavilələr bağlayan ölkələrə qarşı təzyiq etməkdir. Qeyd edim ki, Hindistanla Rusiya arasında milyardlar dollar məbləğində S-400 raketləri və digər silahların alnması barədə razılıq əldə edilib. Bundan əlavə, Hindistan ABÇ-ın sanksiyalar tətəbiq etdiyi İrandan neft idxal edir.

Hindistan bu gün regionda güclənək, Rusiyanın əsas müttəfiqi olaraq, Vaşinqtonun regionda fəaliyyətinin qarşısnının alınmasına yönələcək. Hindistanla Pakistan arasında baş verən bu münaqişə Kəşmirə kimin sahib olmasından qaynaqlanmır. Qeyd edim ki, Pakistanda bir neçə silahlı təşkilatlar təkcə Pakistan kəşfiyyatına bağlı deyil. Burdakı bəzi silahlı təşkilatlar Vaşinqtonun təsiri alıtındadır və istənilən situasiyada bunlardan geosiyasi məqsədlər üçün istifadə olunur.

Səudiyyə Ərəbistanın vəliəhdinin Pakistana səfəri, yeni investisiyalarla bağlı müqavilələrin bağlanması əsasən Pakistan-ABŞ yaxınlaşmasına aparacaq. Səudiyyə Ərəbistanı Vaşinqtonun razılığı olmadan Pakistanla bu məbləğdə müqavilə bağlaya bilməzdi. Bi, bu regionda münaqişələrin alovlanmasını, bunun Çin və Hindistana qarşı yönləndirilməsini yaxın perspektivdə daha aydın görəcəyik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar