Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə hadisələrinə görə həbs edilən bir qrup şəxsə hökm oxunub

Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Əzizov 5 il, G. Nurzadə 6 il, R. Nurzadə 5 il, F. Mirzəliyev 6 il, E. Hacıyev 7 il, S. Rəcəbov 6 il, E. Quliyev 8 il və S. Əzizov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.(ONA)

pia.az


Etiket: Məhkəmə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar