Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

14 il keçsə də, Elmar Hüseynovun qatilləri tapılmayıb

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi gündən 14 il keçir. Jurnalist yaşadığı evin blokunda 2005-ci ilin mart ayının 2-də güllələnmişdi. Qatil Elmar Hüseynova yeddi güllə vurmuşdu

Azərbaycanın hüquq-mühafizə orqanları, ələlxüsus DİN və Baş Prokurorluq bu dəhşətli qətlin açılması üçün əllərindən gələni etdilər. Belə ki, müəyyən olunduğuna görə, cinayətin icraçıları Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov olublar, lakin Azərbaycan tərəfinin dəfələrlə sorğu göndərməsinə baxmayaraq, Gürcüstan şübhəlilərin təhvil verilməsindən imtina edib. İstintaq yolu ilə cinayətin sifarişçisini müəyyənləşdirmək mümkün olmayıb.

Bununla bərabər, Elmar Hüseynovun dostu və silahdaşı Eynulla Fətullayevin apadığı təhqiqat göstərib ki, qətlin təşkilatçıları elə jurnalistin öldürülməsi üzrə işi aparan, 2015-ci ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşları ola bilər.

Elmarın qətlindən 10 il sonra nazirlik sahibkarlara və sıravi vətəndaşlara qarşı quldurluq, mütəşəkkil cinayətkar dəstəyə çevrilmə səbəbindən ləğv edildi, onun yüksək vəzifəli əməkdaşları isə barmaqlıqlar arxasına düşdülər.(virtualaz.org)

pia.az


Etiket: Elmar Hüseynov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Ən çox oxunanalar