Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov-Layçak görüşü - Lavrovun bəyanatının sətiraltında nələr var?...

Tofiq Zülfüqarov: “ATƏT-in hazırki sədri Miroslav Layçakın Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüməsində yeni nəysə gözləmək düzgün olmazdı”

Əhəd Məmmədli: “Minsk qrupu Qarabağ münaqişəsinin həllini ancaq danışıqlar yolunda görür. Bu mövqedə Ermənistanın maraqlarına cavab verir”.

Dünən ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdən sonra nazirlər mətbuata açıqlama veriblər.

S.Lavrov açıqlamasında görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunduqlarını bildirib. Mətbuat konfransında Lavrovun Qarabağ çıqlaması isə maraqlı olub. Lavrov faktiki olaraq bundan sonra Dağlıq Qarabağ probleminin həllində məsuliyyəti Azərbaycanın və Ermənistanın üzərinə qoyub.

Rusiya XİN rəhbəri deyib ki, Ermənistan hakimiyyəti bir müddət əvvəl qurulub və həmsədrlər yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər.

ATƏT-in fəaliyyətdə olan sədrinin bu mövqeyinə görə minnətdarıq. Həmsədrlər həm Azərbaycan, həm Ermənistan prezidenti, həm də ölkələrin xarici işlər nazirləri ilə görüşürlər. Yeni əlaqələr planlaşdırılır.

Ermənistan hakimiyyətinin bir müddət əvvəl qurulmasını nəzərə alaraq, sözsüz ki, münaqişənin həlli prosesinin bu mərhələdə nə qədər dərin və intensiv olduğunu anlamaq üçün vaxt lazımdır. Təkrar edirəm ki, ATƏT və həmsədrlər yalnız dialoq üçün şərait yarada bilərlər. Qərarları isə tərəflər özləri verməlidir” - Lavrov əlavə edib.

Layçak isə öz növbəsində bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaranmış çərçivəni dəstəkləyir.

“Biz Minsk qrupunun həmsədrlərini dəstəkləyirik, mən onlarla tez-tez görüşürəm. Ermənistanın yeni hakimiyyəti çox güclü mandat qazanıb. Müəyyən gözləntilər var. İstəyirəm ki, mənim səfərim nəyi gözləməyin və hansı addımların atılmasına aydınlıq gətirsin. Bizim məqsədimiz bu vəziyyətdə Minsk qrupunun həmsədrlərinə kömək etməkdir”, deyə ATƏT-in hazırkı sədri əlavə edib.

Bu görüşün nəticələri barədə nə demək olar? Münhendə AzərbaycanErmənistan xarici içlər nazirlərini görüşünün baş tutması fonunda ATƏT sədri ilə Rusiyanın xarici işlər nazir arasında görüş danışıqlar prossesini intensivləşdirə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Tofiq Zülfüqarov: “ATƏT-in sədri Miroslav Layçakın Moskvaya getməsi adi diplomatik bir səfərdir. Bunu sırf Qarabağ münaqişəsi ilə əlaqələndirmək doğru olmaz”.

ATƏT-in icraçı sədrinin adət olaraq həmişə Azərbaycanı və Ermənistanı ziyarət etdiyini xatırladan keçmiş xarici işlər naziri bildirib ki, ATƏT-in hazırki sədri Miroslav Layçakın Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüməsindən yeni nəysə gözləmək düzgün olmazdı:

ATƏT-in icraçı sədri ənənvi olaraq həmişə Azərbaycanı və Ermənistanı ziyarət edir. Amma bu dəfə ATƏT-in hazırki sədri Miroslav Layçak Moskvaya üz tutdu. Açığı deyim ki, Layçakın Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüməsindən yeni nəyisə gözləmək düzgün olmazdı. Çünki bildiyimiz kimi icraçı sədrin səlahiyyəti bir ildir. Bu bir ilin daxilində də nəysə etmək mümkün deyil.

Eyni zamanda məlumdur ki, Dağlıq Qarabağ məsələsində məsul qurum təbii ki, ATƏT-in həmsədrləridir. Bu baxımdan da ATƏT-in sədri Miroslav Layçakın Moskvaya getməsi adi diplomatik bir səfərdir. Bunu sırf Qarabağ münaqişəsi ilə əlaqələndirmək doğru olmaz”.

Əhəd Məmmədli: “Lavrovun açıqlaması hərbi baxımdan Azərbaycanın əl-qolunu açır”.

Lavrovun Azərbaycana hədə mesajı verdiyini düşünən politoloq Əhəd Məmmədli hesab edir ki, Lavrovun açıqlaması hərbi baxımdan Azərbaycanın əl-qolunu açır. Politoloq onu da əlavə edib ki, rus xarici işlər naziri bununla demək istəyir ki, daha atəşkəsə biz cavabdeh deyilik və bundan sonra Ermənistandan gələn hər hansı həmləyə hazır olun:

“Lavrov Münhendə AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü barədə maraqlı açıqlama verib. Lavrov söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha çox, Qarabağ münaqişəsinin həlli AzərbaycanErmənistanın arasında getməlidir.

Bu əslində Azərbaycana sərf edən təklifdir. Minsk qrupu Qarabağ münaqişəsinin həllini ancaq danışıqlar yolunda görür. Bu mövqedə Ermənistanın maraqlarına cavab verir. Çünki danışıqlar status-kvonu qoruyub saxlayır. Həmsədrlər hərbi yolu mümkünsüz sayır.

Lavrovun açıqlaması isə hərbi baxımdan Azərbaycanın əl-qolunu açır. Düzdür Lavrov bu açıqlamanı Azərbaycanın xeyrinə verməyib. Çox güman ki, Lavrov bununla Azərbaycana hədə mesajı verir. Rus xarici işlər naziri bununla demək istəyir ki, daha atəşkəsə biz cavab deyilik və bundan sonra Ermənistandan gələn hər hansı həmləyə hazır olun.

Üstəlik Moskva Bakıya bununla demək istəyir ki, birdən torpaqlarını azad etməyə qalxsan KTMD-də ki, öhdəliyə görə Rusiya Ermənistanı müdafiə etməyə məcbur olacaq.

Əhəd Məmmədli: “Rusiyanın Ermənistan da hərbi iştirakına cavab olaraq Naxçıvan və Abşeronda Türkiyə hərbi bazaları qurulmalıdır. Üstəlik Azərbaycanın Rusiyaİranla sərhədlərini Azərbaycan ordusu ilə bərabər Türkiyə hərbi qüvvələri qorumalıdır”.

Azərbaycan da bütün bunları nəzərə alıb son dövrlər baş verən Türkiyə Azərbaycan hərbi yaxınlaşmanı hərbi ittifaq sazişi ilə yekunlaşmalıdır. Türkiyə və Azərbaycan bir-birləri ilə elə bir hərbi saziş bağlamalıdırlar ki, ikisindən birinin üçüncü tərəflə müharibəsi təqdirdə digəridə dərhal müharibəyə qoşulsun.

Bundan əlavə Rusiyanın Ermənistan da hərbi iştirakına cavab olaraq Naxçıvan və Abşeronda Türkiyə hərbi bazaları qurulmalıdır. Üstəlik Azərbaycanın Rusiyaİranla sərhədlərini Azərbaycan ordusu ilə bərabər Türkiyə hərbi qüvvələri qorumalıdır. Nəzərə alsaq ki, qardaş Türkiyə həmdə dünyanın bir nömrəli hərbi alyansı NATO-nun üzvüdür onda yuxarıda qeyd edilənlər Azərbaycana nəinki Ermənistan, Rusiya qarşısındada təhlükəsizlik və üstünlük qazandıracaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Ən çox oxunanalar