Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan gəncləri “vor zakon”lara niyə sitayiş edirlər? - Sosioloqun şərhində

Soioloq Əhməd Qəşəmoğlu bunu gənclərimizin intellektual səviyyəsinin aşağı olması ilə əlaqələndirir

Sosioloq: “Gənclərimiz arasında “vor zakon”lara aludəçiliyin artması təbii qəbul olunmalıdr. Çünki gənclərimizin böyük əksəriyyətinin intellekt səviyyəsi aşağıdır”.

“Əgər bir insan lazımi səviyyədə sağlam informasiya, bilik ala bilmirsə, onun yerini başqa şeylər doldurur. Beyin informasiya tələb edir və bu təbii haldır. Lakin bütün məsələ hansı informasiyanı və necə cəmiyətə çatdırmaqdan asılır”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda gənclərinin “vor zakon”lara alidəçiliyini PİA.az-a şərh edərkən bildirib.

Son illərdə Azərbaycanda gənclər arasında “vor zakon”lara, kriminal “avtoritetlərə” maraq və onların yaşadıqları həyata həsəd artan temp artmaqdadır. Hətta bir çox gənclərdə kriminallara, “vor zakon”lara maraq sitayiş həddinə qədər gəlib çatıb.

Qeyd edək ki, “vor zakon”lara olan maraq əsasən azsavadlı gənclər arasında yayılsa da, ali təhsilli gənclərimiz arasında da kriminallara olan maraq heç də az deyil. Bu da xüsusi narahatlıq doğurmaya bilməz.

Bu yöndə son illər kriminal avtoritetlərin KİV-lər tərəfindən reytinq naminə geniş təbliğ olunmaları da əsaslı rol oynayır. Etiraf etməliyik ki, kriminal avtoritetlərlə bağlı son 6-7 ildə yayılan məlumatlar geniş oxucu auditoriyasına sahibdir. Xüsusilə Rövşən Lənkəranski və Lotu Quli uzun illərdir ki, Azərbaycan KİV-lərinin gündəmindən düşmür. Bütün bunlar təbii olaraq, gənclərdə kriminal avtoritetlərə qarşı marağın daha da artmasına səbəb olur. Təsadüfi deyil ki, bu fonda Azərbaycanda məişət tipli gərginliklərin cinayətlə sonuclanması faktları da artmaqdadır.

Gənclərin kriminala olan marağının günü-gündən artmasının cəmiyyətimiz üçün təhlükə yaratdığını nəzərə alaraq PİA.az gənclərin kriminal “avtoritetlərə” olan meyllərini araşdırmağa qərar verib. Qeyd edək ki, bundan məsələ ilə əvvəl psixoloq İlahə Dadaşova ilə gənclərimizin psixoloji durumunu müzakirə etmişdik.

Burdan oxuyun: Azərbaycan gəncləri “vor zakon”lara niyə sitayiş edirlər? - Ekspert şərh edir

Mövzu ilə bağlı ikinci həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, sosioloq Əhməd Qəşəmoğludur.

Əhməd Qəşəmoğlu: “Çox təəssüf ki, indi ali məktəbdə təhsil alanların çoxuna ali savadlı demək olmaz. Onların bir çoxu sadəcə olaraq dərsə gəlir, gedir, lazımi səviyyədə dərsləri öyrənmirlər”.

Sosiolaq Əhməd Qəşəmoğlu hesab edir ki, cəmiyyətdə davranışlar mühit, informasiya və dəyərlər üzərindən formalaşır. Sosioloqa görə indiki Azərbaycan mühiti ilə 40-50 il əvvəlki müühit arasında ciddi fərq var və hazırda cəmiyətimizdə yüksək gərginliyin olması kriminala və avtortarlara qarşı meylin artmasına səbəb olur. Həmçinin sosioloqun fikrincə təhsildə olan, istər orta məktəblərdə, istərsə də ali məktəblərdə olan problemlər gənclərimizin intellektual inkişafına mənfi təsir göstərir:

“Təəssüf ki, belə bir hal bir müddətdir ki, müşahidə olunmaqdadır. Amma mən mətbuata verdiyim müsahibələrdə dəfələrlə demişəm ki, hər hansı bir davranışın formalaşmasında 3 əsas amil mühüm rol oynayır: mühit, informasiya və dəyərlər. Əgər biz gənclərin və ya yaşlı nəslin davranışında qeyd olunan faktı araşdırmaq istəyiriksə, bu 3 amili nəzərə almalıyıq.

Mühitimizdə təəssüf ki, çox böyük gərginlik yaranıb. İndiki Azərbaycan mühiti ilə 30-50 il öncəki mühit arasında fərq var. İndiki mühitdə gərginlik xeyli çoxdur. Bu, bir tərəfdən qloballaşma prosesi ilə bağlıdırsa, digər tərəfdən hələ ölkəmizdə əhalinin keyfiyyəti ilə məşğul olan lazımi institutların formalaşmaması ilə bağlıdır.

Humanitar siyasətin lazımi səviyyədə formalaşmaması mühitdə çox böyük gərginliyə yol açır. Çox təəssüf ki, bu günkü informasiyal məkanlarında - istər televiziya olsun, istər kitablar, qəzetlər və internet məkan olsun - həmin “vor zakon”larrın həyatı haqqında kifayət qədər geniş yazılar verilir, onlar çox bəlağətli sözlərlə təriflənir və qəhrəman obrazı yaradılır. Onların şəxsiyyəti ətrafında miflər yaradılır. Nəticədə, gənclərin çoxu da bu yazıları görüb təsirlənir. Nəinki informasiya vasitələri, hətta meyxanalar belə “vor zakon”lara aludəçiliyi artırır. Bir çox meyxanalar va ki, Azərbaycan gəncinin tez-tez eşitdiyi, əldə etdiyi informasiyaları “məhlə davranışlarını” çərçivəsində daha romantik bir şəkildə gənclərimizin beyninə yerləşdirir. Biz bunların şahidiyik.

Əhməd Qəşəmoğlu: “Nəinki informasiya vasitələri, hətta meyxanalar belə “vor zakon”lara aludəçiliyi artırır”.

Digər tərəfdən, çox təəssüf ki, indi ali məktəbdə təhsil alanların çoxuna ali savadlı demək olmaz. Onların bir çoxu sadəcə olaraq dərsə gəlir, gedir, lazımi səviyyədə dərsləri öyrənmirlər. Mən həm də ali məktəb müəllimiyəm və müşahidə edirəm, bununla mübarizə aparıram. Amma təəssüf ki, fakt göz qabağındadır. Yəni indiki tələbə 50 il bundan qabaqkı tələbə deyil. Onun kimi gecə-gündüz çalışan tələbə deyil. İndi elə-belə dərsi yola verirlər və min cildə girməklə birtəhər diplom almağı qəhrəmanlıq bilirlər.

Dəfələrlə demişəm ki, indiki diplomların bir çoxuna ali məktəbə təhsil haqqı ödənişinin qəbzi kimi baxıla bilər. Yəni bu, diplom deyil. Qeyd etdikləriniz də həmin o diplomlular yox, qəbz alanlar arasında daha çoxdur ki, onlar elə birtəhər universiteti başa vururlar və adları ali təhsillidir, lakin həqiqətdə isə ali təhsillə əlaqəsi yoxdur.

Ona görə də gənclərimiz arasında “vor zakon”lara aludəçiliyin artması təbii qəbul olunmalıdr. Çünki gənclərimizim böyük əksəriyyətinin intellekt səviyyəsi aşağıdır. Ona görə də asanlıqla kriminal informasiyalara aludəçilik nümayiş etdirirlərr və hazırda gənclərimizin bir qismi bi tipli informasiyaların təsiri altındadırlar.

Təbii ki, əgər bir insan lazımi səviyyədə sağlam informasiya, bilik ala bilmirsə, onun yerini başqa şeylər doldurur. Beyin informasiya tələb edir və bu təbii haldır. Lakin bütün məsələ hansı informasiyanı və necə cəmiyətə çatdırmaqdan asılır. Əvvəllər yaşlı nəslin bir çoxu xeyli mütaliə edərdi, bədii kitablar oxuyardı. Həm də həmin vaxtlar bədii kitablar daha çox tərbiyəvi xarakter daşıyırdı, mənəvi dəyərlər aşılayırdı. İndi əvvəla o mütaliə aşağı düşüb, digər tərəfdən isə o qədər təsadüfi, arzuolunmaz kitablar çoxalıb. Kimin pulu varsa, bir kitab çap etdirir və yayır. Dedektiv əsərlərin sayı daha da çoxalır və həmin "vorzakon"lar pul ödəyib özləri haqqında bir qəhrəmanlıq dastanı yazdırırlar. Bu kitablar bir tərəfdən, televiziya, filmlər və teleseriallar digər tərəfdən bu vəziyyəti daha da dərinləşdirir, insanlara daha çox neqativ məlumatları gətirirlər.

Əhməd Qəşəmoğlu: “Arzuolunmaz kitablar çoxalıb. Kimin pulu varsa, bir kitab çap etdirir və yayır”.

Üçüncü faktor dəyərlər məsələsidir. Minillərdir tarix bunu təsdiq edir ki, hansı cəmiyyətdə mənəvi dəyərlər öndə olubsa, o cəmiyyət öz-özünü tənzimləyir, o cəmiyyət çalışır ki, mənəviyyatlı insanlar çoxalsın və cəmiyyətdə aparıcı, həlledici amillər məhz mənəvi dəyərlər olsun. Amma hansı cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırılır, arxa plana keçir, başqa dəyərlər önə keçirsə, o cəmiyyətdə günü-gündən gərginlik artır, kriminal vəziyyət, qarşıdurma çoxalır, arzuolunmaz davranış formaları üzə çıxır.

Çox təəssüf ki, bu gün biz mənəvi dəyərlərimizin qorunmasına fikir vermirik, çox da diqqət etmirik və cəmiyyətimizdə maddi dəyərlər, özünə valeh olmaq, özünü nümayiş etdirmək kimi bir çox xoşagəlməz dəyərlər daha çox önə keçir.

Sosial psixologiya təsdiq edir ki, hazırda bizim cəmiyyətdə cəmiyyətdə gərginlik artmaqdadır. Ona görə ki, əvvəldə qeyd etdiyim üç əsas amil - mühit, informasiya və dəyərlər - insanların formalaşmasına təsir etdiyi üçün biz hazırkı mənzərə ilə üzbəüz qalmışıq. Hazırda bizim gənclərimizin beynində mənfi aspektlər daha çox rol oynayır. Nəticədə, belə bir vəziyyət alınır. Ona görə də mən bir müddətdir cəmiyyətə SOS siqnalı verirəm ki, bu proses belə davam edə bilməz. Çünki bunun davam etməsi gələcəkdə ölkədə daha gərgin vəziyyətin yaranmasına və daha xoşagəlməz halların ortaya çıxmasına səbəb ola bilər.

Tezliklə bu işlərə çox ciddi diqqət artırılmalıdır və bu sahədə ciddi həlledici qərarlar qəbul olunmalıdır. İlk növbədə, elmi əsaslarla fəaliyyət proqramı həyata keçirilməlidir. İlk növbədə, cəmiyyətdə həlledici rol hər hansı tədbirlərin həyata keçirilməsi ilə kifayətlənərək mümkün ola bilməz. Burada cəmiyyətin özünüinkişaf qanunlarını nəzərə almaq lazımdır. Bu da, dediyim kimi, cəmiyyətə mənəvi dəyərlər önə keçmədiyi müddətcə bu sahədə bir irəliləyiş olmayacaq. Ona görə də biz çalışmalıyıq ki, humanitar siyasətimizdə dəyişikliklər olunsun.

Əhməd Qəşəmoğlu: “Cəmiyyətdəki gərginliyi tez bir zamanda ortadan qaldırmaq çətin məsələdir. Bunun üçün bizim əsas təsir mexanizmimiz məktəbdir”.

Hər zaman yeni nəslin formalaşmasında əsas rol oynayan institutlar bunlardır: ailə, məktəb, cəmiyyət və informasiya mənbələridir. Deyə bilərik ki, ailədə gərginlik yuxarıdır, buna da dövlət ictimai təkliflərlə qarışaraq bu gərginliyi ortadan qaldıra bilməz. Lakin dövlət sosial siyasətində daha humanitar davranaraq vəziyyətə müdaxilə edə bilər. Təhsil sistemində və informasiya məkanında intellektual və humanitar dəyərlərin geniş təbliği cəmiyytədə normal auranın yaranmasına yol açan əsas yoldur.

Qeyd edim ki, cəmiyyətdəki gərginliyi tez bir zamanda ortadan qaldırmaq çətin məsələdir. Bunun üçün bizim əsas təsir mexanizmimiz məktəbdir. Ona görə, biz bu dəqiqə bilməliyik ki, yeni nəslin daha keyfiyyətli formalaşmasında məktəbin vəzifələri xeyli artıb. Yəni 30-50 il bundan əvvəlki vəzifələrlə, formal sistem çalışmaları ilə kifayətlənmək olmaz. Çünki indiki vaxtda məktəblər bu sahədə böyük fəaliyyət göstərməsə, böyüyən yeni nəslin keyfiyyəti arzuolunan olmayacaq.

Onu da bildirim ki, sürətlə qloballaşmanın getdiyi bir dövrdə yeni keyfiyyətli nəslə daha çox ehtiyacımız var. Çünki dünyada yarış var. O xalq öndə olacaq və uğurlar qazanacaq ki, onun yeni nəsli daha keyfiyyətlidir. Biz məktəbə əlahiddə bir rol oynayan bir mexanizm kimi diqqət verməliyik və təhsil sistemində məktəb mühiti ilə bağlı çox ciddi fundamental dəyişikliklər etməliyik. Orada uşaqlarımızın mənəviyyat baxımından immunitetini gücləndirmək, mənəvi dəyərlərə maraq artırmaq, mənəviyyatda böyük rol oynayan informasiyalara marağı artırmaq - bütün bunları məktəb daxilində etmək mümkündür.

Əhməd Qəşəmoğlu: “Əgər bir Qori seminariyası 120 il bundan qabaq bu işləri görə bilirdisə, indi biz niyə Qori seminariyalarından daha çox yaratmayaq?”.

Məsələ ilə bağlı bir nümunə verim. 100 il bundan əvvəl, keçən əsrin əvvəllərində dünyada, Azərbaycanda, Qafqazda vəziyyət gərgin idi. Amma o zaman bir Qori seminariyası fəaliyyət göstərirdi. Qori seminariyası dünyaya çoxlu dahilər verdi, çünki məktəbin daxilində təhsil müəssisəsi üçün vacib olan bir mühit yaradılmışdı. Qori seminariyası Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əziz Şərif, Cəlil Məmmədquluzadə kimi Azərbaycanın tərəqqisində böyük rol oynamış insanlar vermişdir.

Deməli, əgər bir Qori seminariyası 120 il bundan qabaq bu işləri görə bilirdisə, indi biz niyə Qori seminariyalarından daha çox yaratmayaq? Məktəblərimizdə Qori seminariyasının tələbləri baxımından iş qurmalıyıq ki, daha keyfiyyətli yeni nəsil yetişsin, ortaya yeni Üzeyir Hacıbəyovlar, yeni Cəlil Məmmədquluzadələr çıxsın. Yəni sadəcə olaraq bu işləri görmək lazımdır”.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar