Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsinin həlli çətin qərarlar və güzəştlər tələb edəcək”

Alan Dunkan: “Böyük Britaniya Minsk qrupunda birbaşa rol oynamasa da, həmsədrlərin səylərini tam dəstəkləyirik”

Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri, parlament üzvü Alan Dunkanın “Report”un London bürosuna müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Böyük BritaniyaAzərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- Birləşmiş Krallıq və Azərbaycan arasında güclü siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr bizim üçün böyük əhəmiyyətə malikdir və bu daha da güclənməyə davam edəcək. Böyük Britaniya Azərbaycanın ən böyük xarici investordur və güclü iqtisadi münasibətlər ikitərəfli əlaqələrimizin təməlində dayanır. BP neft-qaz sektorunda 1994-cü ildən "Əsrin müqaviləsi" ilə başlayan uzun müddətli xüsusi əlaqələr qurub. Bu, Azərbaycanda mühəndislik qabiliyyətinin yaranmasına və ölkənin hazırkı dinamikasının inkişafına kömək edib. Bundan başqa bizim əməkdaşlığımız təhsil, mədəniyyət və yaradıcılıq sektorları kimi müxtəlif sahələri də əhatə etməkdədir. Hər il biz “Chevening” proqramı ilə Azərbaycandan Böyük Britaniyaya gələn tələbələri salamlayırıq. Bundan əlavə minlərlə azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil alıb.

Siyasi əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirimiz ötən il böyük bir məmnuniyyətlə prezident İlham Əliyevi Londonda qəbul etdi. Oktyabr ayında illik strateji dialoq həyata keçirildi. İllik ticarət görüşmələrimiz - Birgə Tərəfdaşlıq Komissiyası isə aprel ayında baş tutacaq.

- Böyük Britaniyannın mart ayında Avropa İttifaqından çıxması gözlənilir. Bunun nə kimi təsiləri olacaq?

- Biz Avropa İttifaqı ilə ümumi maraqlarımızın, dəyərlərimizin genişliyi və dərinliyi üzərində qurulan yeni, ölçüləbilən xarici və təhlükəsizlik tərəfdaşlıq istəyirik. Bu, həm Brüsseldə, həm də dünyada istədiyimiz qlobal çağırışlara cavab vermək üçün birgə işləməyə imkan yaradacaq. Avropa İttifaqından sövdələşmə ilə ayrılmaq Britaniya hökumətinin prioriteti olaraq qalır və əminik ki, bu, parlamentdə əksəriyyət tərəfindən qəbul ediləcək.

- İki ölkə regional əməkdaşlığa daha necə tövhə verə bilər, xüsusilə Böyük Britaniya Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında nə kimi rol oynaya bilər?

- Böyük Britaniya Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyinə sadiqdir. Cənubi Qafqazın bütün üç dövləti ilə ikitərəfli əlaqələrimiz var. Avropa Şurası, NATOBMT kimi beynəlxalq təşkilatlara üzvlüyümüz vasitəsilə münaqişənin nizamlanması və sülhün təşviqi üçün göstərilən səyləri dəstəkləyirik. Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzvü olmasa da, biz Minsk qrupunun həmsədrlərini dəstəkləmək üçün hər cür səy göstəririk. Münaqişənin həlli regionda sabitliyin və rəfah səviyyəsinin artırılmasına kömək edəcək. Cənubi Qafqazda Böyük Britaniya Hökumətinin proqramı, daxili davamlılığı artırmaq, insanlararası əlaqələri inkişaf etdirmək və dialoq üçün platformalar yaratmaq məqsədi daşıyır. Biz hesab edirik ki, bu yanaşma münaqişənin həllinə və bütün regionun təhlükəsizliyini təmin etməyə kömək edəcəkdir.

- Rəsmi London Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi necədir?

- Böyük Britaniya sülh prosesində ATƏT-in Minsk qrupunun rolunu tam dəstəkləyir, AzərbaycanErmənistan arasındakı münaqişənin danışıqlar yolu ilə həll olunması prossesini sürətləndirməyə çağırır. Biz hesab edirik ki, bu münaqişənin həlli hər iki tərəfdən cəsarət, çətin qərarlar və güzəştlər tələb edəcək. Biz hər iki tərəfi də razılıq əldə edilməsi üçün yaxşı niyyətlə hərəkət etməyə təşviq edirik. Böyük Britaniya Minsk qrupunda birbaşa rol oynamasa da, biz Amerika, Fransa və Rusiya həmsədrlərinin səylərini tam dəstəkləyirik və tərəflərin danışıqlar prosesinə konstruktiv şəkildə cəlb edilməsinə təşviq edirik.

- Böyük BritaniyaABŞ arasındakı hazırkı əlaqələri necə dəyərləndirirsiniz? Donald Trampın prezidentlik müddətindən bu yana iki ölkə arasındakı münasibətlərdə hər hansı bir geriləmə vəya inkişaf varmı?

- Uzun tariximizə və paylaşılan dəyərlərə bağlılığımıza əsaslanaraq onu deyə bilərəm ki, Böyük BritaniyaABŞ arasında xüsusi və davamlı əlaqələr mövcuddur. İki ölkə möhkəm, güclü tərəfdaş və müttəfiqdir. Biz birgə çoxlu işlər görürük. Keçən il Trampın ziyarəti də təhlükəsizlik və rifahımız üçün əlaqələrin nə qədər yaxın və vacib olduğunu bir daha sübut edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar