Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya türklərinin Qarabağ harayına qoşulmamasının səbəbləri

Tənzilə Rüstəmxanlı: “Görünür, bunda bizim də günahımız var, Orta Asiyada türk dövlətləri ilə bu istiqamətdə yaxşı işləyə bilməmişik”

“Türkün türkdən başqa dostu yoxdur” şüarı Azərbaycanın Qarabağ dərdinə şəriklikdə heç də bütün türk dünyasını əhatə eləmədi. Nə Suriyadakı türkmanlar, nə Orta Asiyada türkdilli xalqlar, nə Rusiyada yaşayan 30 milyon tatar yurd-yuvası işğal edilən Qarabağ türklərinə, bütövlükdə Azərbaycan alqına sidq ürəkdən dəstək oldular.

Uzaq Çin uyğurlarından, yaxın Qazaxıstan, Türkmənistan, Qırğızıstan türklərinin milli təşkilatlarından da Qarabağın azadlığı üçün dünyaya hayqıranlar olmadı.

Bu illər ərzində Türkiyənin müəyyən dəstəyini, ürək yananlığını Azərbaycanın yanında olduğunu gördük. Həmçinin, qismən İraq türkmanları, İrandakı soydaşlarımızın dəstəyini müşahidə etdik.

Hətta Pakistan belə Qarabağ məsələsində daha çox Azərbaycana ürək qızdırıb, nəini özbəklər, türkmənlər və s. türkdilli xalqların milli birlikləri, partiyaları...

Halbuki, Qarabağın azadlıq tələbi ilə dünya türklərinin çox güclü, ardıcıl tələbləri olmalydı. Axı müasir dövrdə neçə türk torpağı işğal edilib ki, onlara baş qarışsın?!

Nə özbək, nə türkmən, nə digərləri yurd-yuvasından didərgin salınmayıb, başqa bir dövlətlə ərazi konfliktləri yoxdur.

O baxımdan dünya türkləri Qarabağ məsələsində sıxılmış yumruq kimi olmalıydılar. Təəssüf ki, bu həmrəylik lazımi səviyyədə nümayiş olunmayıb.

Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, türk dövlətlərindən umduğumuz dəstəyi görə bilməmişik:

“Türkiyə istisna olmaqla, digər türk dövlətləri Qarabağ, Xocalı soyqırımı ilə bağlı gözlədiyimiz addımları atmayıblar. Türkiyə dövlət olaraq ortaya ciddi siyasət, mövqe qoyub, Qarabağ məsələsində heç bir güzəştə getmir.

Görünür ki, bunda bizim də günahımız var, Orta Asiyada türk dövlətləri ilə bu istiqamətdə yaxşı işləyə bilməmişik. Amma müstəqil türk dövlətləri Qarabağ, Xocalı ilə bağlı mütləq addımlar atmalıdırlar, səslərini qaldırmalıdırlar.

Özbəkistan, Türkmənistan xalqları acılarımızdən xəbəri olsa, onlar da Türkiyə kimi səsini ucalda bilər. Bu məsələdə müəyyən qədər Qazaxıstan daha həssasdır. Yaxşı olar ki, digər türk dövlətləri də ortaya ciddi mövqe qoysunlar.

Amma kim uyğurlara edilən zülmlərə görə səsini qaldırır? Biz onlar üçün hansı etiraz səsimizi ucaltmışıq? Əzilən və zülm edilən uyğurlar bu vəziyyətdə bizə nə dəstək verə bilər?"

T.Rüstəmxanlı hesab edir ki, Rusiyada yaşayan türk toplumları da dövlətin təzyiqi altındadır və səslərini çıxara bilmirlər:

Rusiya Qarabağ problemini yaradan dövlətdir və oradakı türklərə səsini qaldırmağa imkan vermir. İranın da öz dövlət siyasəti var, Ermənistanla əməkdaşlıq edir. Yəni, bir az özümüzdə günah axtarmlalıyıq ki, niyə Türkmənistanda, Özbəkistanda Xocalı barəsində bilmirlər.

Çünki türk dövlətləri soyqırımı tanıya bilərdilər. Necə ki, ermənilər 100 ildir özlərinin qondarma soyqırımı üçün mübarizə aparır. Diasporlar daha çox işləməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi son vaxtlar xeyli işlər görüb. Amma üstünlüyü QHT-lərə, ictimai qurumlara vermək lazımdır. Azərbaycan dövləti onlara dəstək verməlidir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Ən çox oxunanalar