Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “Trampın qaçqınlarla bağlı siyasəti çox sərtdir və dəyişəcəyi də gözlənilmir”

Trampın hakimiyyətə gəldikdən sonra atdığı ilk addımlardan biri də mühacirlər və qaçqınlarla bağlı sərt qərarların verilməsi oldu

Artıq Meksika ilə sərhəddə bu işlərə başlanılıb. ABŞ Meksika sərhədinə 3750 əsgər göndərməyə hazırlaşır.

Hərbçilər ABŞ-ın cənub-qərb sərhədində üç ay xidmət çəkəcək və ölkənin sərhəd-gömrük xidmətinin əməkdaşlarına dəstək olacaqlar. Hərbçilər sərhəddə müşahidə kameraları quraşdıracaq və 240 kilometr uzunluqda tikanlı məftillərdən ibarət çəpərlər salacaq. Buna qədər payız aylarında 110 kilometr uzunluqda çəpər salınmışdı. Qeyd edək ki, ötən ilin oktyabr ayında Mərkəzi Amerikadan minlərlə qaçqın bir neçə karvanla ABŞ sərhədlərinə axın edib. ABŞ prezidenti Donald Tramp sərhədə qoşun göndərərək, qanunsuz mühacir axınının qarşısını almağa çalışıb. Onun bu siyasəti beynəlxalq aləmdə mənfi qarşılansa da, daxili auditoriya tərəfindən dəstəklənir.

Politoloq Elxan Şahinoğlu da musavat.com-a açıqlamasında bildirdi ki, Tramp seçkiqabağı dövrdə verdi vədləri yerinə yetirən nadir siyasətçilərdəndir: “Tramp çox unikal prezidentdir. Mən Amerikanın uzaq və yaxın tarixini bir qədər öyrənmişəm. O, yeganə prezidentdir ki, verdiyi vədi yerinə yetirməyə çalışır. Adətən siyasətçilər vəd verirlər, ancaq hakimiyyətə gəldikdən sonra onu yerinə yetirmək istəmirlər. Çünki real situasiya ilə üzləşəndə o vədləri yerinə yetirmək çox çətindir. Tramp Meksika ilə sərhəddə divar tikəcəyini demişdi və indi onu həyata keçirmək istəyir. Qaçqınları buraxmayacağını dedi və buraxmır, İranla anlaşmadan çıxacağını demişdi və çıxdı. Kanada və Meksika ilə ticarət müqavilələrinə yenidən baxacağını demişdi və həqiqətən də yenidən baxdı”.

E.Şahinoğlunun sözlərinə görə, Trampın qaçqınlarla bağlı siyasəti də çox sərtdir və heç bir dəyişiklik etmək istəmir, verdiyi vədləri yerinə yetirməyə çalışır: “Reytinqi daha artır, gah da azalır. Ancaq daxili siyasətdə uğurları da var. Bəlkə də həmin uğurlar hesabına ikinci dəfə prezident seçiləcəyini düşünür. Ancaq artıq kampaniya başlayıb. Yeni namizədlər ortaya çıxıb və Trampa rəqib olmaq istəyirlər. Düşünmürəm ki, Tramp qaçqınlarla bağlı siyasətinə dəyişiklik edəcək, güzəştlərə gedəcək. İnsanlar viza alıb Amerikada yaşamaq hüququ əldə edəcəklər. Bu məsələdə Tramp öz sərt siyasətini davam etdirəcək”. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar