Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: “Biz gedəcəyik, qalıcı olan iki xalq arasındakı əlaqələrdir”

İran səfiri İslam inqilabının 40 illiyi münasibəti ilə mətbuat konfransı keçirdi

Fevralın 8-də İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam inqilabının qələbəsinin 40 illiyi münasibəti ilə mətbuat konfransı keçirdi.

Səfir bildirdi ki, hazırda Azərbaycan-İran əlaqələri qızıl xətdədir. İqtisadi və siyasi əlaqələr yüksək səviyyədədir. Əlaqələri qurmaqdan daha çətin olan onu qoruyub saxlamaq olduğunu səfir bildirdi ki, İran tərəfi Azərbaycanla əlaqələrin vəziyyətindən çox razıdır:

“Əlaqələrimiz daha yüksək səviyyədə ola bilər. Biz bunun üçün çalışırıq. Mən müddətim başa çatandan sonra gedəcəyəm. Qalıcı olan iki xalqın əlaqələridir. Bu iki ölkənin əlaqələrinin yaxşı olmasını istəməyən qüvvələr var. Ölkə daxilində də belə qüvvələrin olması mümkündür. Amma mühüm odur ki, ölkənin dövlət başçıları və xalqın böyük hissəsi əlaqələrin yaxşı olmasının tərəfdarıdır”.

İranın islam inqilabının 40 illiyini qeyd etdiyini deyən səfir hazırda Azərbaycanİranın regionda ən sabit ölkələrdən biri olduğunu xatırlatdı və inqilabdan sonra əldə olunan bir sıra nailiyyətləri qeyd etdi:

“Bu gün çox şadam ki, biz inqilabın 40 illiyini sizinlə birlikdə qeyd edirik. Azərbaycanİran bu bölgədə sabitliyin mövcud olduğu azsaylı ölkələrdən biridir. Bu gün İranAzərbaycanda sabitlik var və bunun qorunması üçün böyük qurbanlar verilib. Biz regionda sabitliyin olması üçün əməkdaşlıq edirik. 2018-ci ildə Azərbaycanİran arasında ticarət dövriyyəsi 73 faiz artıb. Siyasi əlaqələrimiz daha çox genişlənib. Qarşımızda əsas hədəf ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaqdır. Çətin olsa da mümkündür”.

C.Cahangirzadə bildirdi ki, iki ölkə prezidentləri arasında çox isti münasibətlər mövcuddur. Lakin eyni zamanda bildirdi ki, iki ölkə arasında maneələr yaratmaq istəyən qüvvələr var:

“Aramızda maneələr yaratmaq istəyən qüvvələr var. Amma onlar buna nail olmayacaq. 2018-ci ildə Azərbaycan statistikasına əsasən azərbaycanlıların ən çox səfər etdiyi 32 faizlə İran olub. İraqlılardan sonra İrana xarici qonaq Azərbaycandan gəlib. İki prezident arasında anlaşmaya əsasən iki ölkə müştərək xəstəxana yaradılacaq”.

Cavad Cahangirzadə “Şimal-Cənub” dəmir yolu xətti layihəsinin tikintisinin davam etdirdiyini bildirdi. Onun sözlərinə görə, 162 kilometrlik Rəşt-Astara dəmir yolunun 30 faizi artıq tikilib:

“Ancaq hələlik layihənin təməli qoyulmayıb. Yaxın zamanlarda Cavid Qurbanovun İrana səfəri gözlənilir. Yəqin bu səfər zamanı bu məsələlər də razılaşdırılacaq. Şimal-Cənub dəmir yolu xətti ən effektiv yoldur. Hindistan və Çindən ixrac məhsulları dəniz yolu ilə İranın cənubuna, oradan da dəmir yolu ilə Azərbaycana, oradan da Gürcüstan üzərindən Avropaya ən yaxın məsafə olaraq çatdırıla bilər”.

Səfir onu da bildirdi ki, İranAzərbaycan arasında ikinci dəmir yola bağlantısı Parsabad şəhəri ilə Biləsuvar dəmir yolunun xəttinin birləşdirilməsi ilə mümkündür. O, bu barədə danışıqlar aparıldığını, amma yaxın bir ildə mümkün olmayacağını qeyd etdi.

Daha sonra İslam inqilabının uğurlarını qeyd edən Cahangirzadə qeyd etdi ki, İran inqilabdan sonrakı 40 il ərzində ciddi uğurlar əldə edib:

“40 il əvvəl İran əhalisinin sayı 36 milyon, bu gün isə 82 milyondur. Əhali sayının iki dəfədən çox artımı ölkə üçün təbii olaraq çətinliklər yaradır. Biz 40 ildir sanksiyalar altındayıq. 10 il müharibə etmişik, 400 min şəhidimiz, milyonlarla qaçqınımız olub. Amma bütün bunlara baxmayaraq, bu dövrdə ciddi irəliləyiş əldə etmişik, 3 il əvvəl insan indeksində İran birinci olub. Elm sahəsində 54 min elm resenziya ilə dünyada 16-cı, regionda birinci yerdəyik. Müdafiə sahəsində 136 ölkə arasında 13-cü ölkəyik. Milli raket sənayesi olan 26 ölkə içərisindəyik. Bizim yeni raketlərimiz bu gün nümayiş olunacaq.

İran hazırda dünyada iqtisadi böyüklüyünə görə 18-ci ölkədir. Əhalimizin 99 faizi elektirik istifadə edir. Kənd təsərrüfatında, taxıl istehsalına görə, dünyada 13-cü ölkəyik. Taxılla özümüzü təmin edirik. İran zəfəran və nar istehsalında 1-ci, xurma və püstədə ikinci, bal istehsalında 3-cü, yumurta ixracında 10-cu ölkəyik".

Səfir bildirdi ki, hazırda İran 11100 km uzunluğunda dəmir yolu xətti ilə dünyada 21-ci yerdədir. 214 min kilometr uzunluğunda magistral yolların uzunluğuna görə dünyada 21-ci ölkədir. Eyni zamanda ildə 1.5 milyon ədəd avtomobil istehsalı ilə dünyada 16-cı ölkədir.

Canagirzadə İranda inqilabdan sonra təhsil sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu rəqəmlərlə qeyd etdi. Onun sözlərinə görə, inqilabdan qabaq İranda 223 ali təhsil müəssisəsi və paralel olaraq 170 min tələbə olduğu halda hazırda 2800-dən ali təhsil ocağı və 4 milyondan çox tələbə var:

“İnqilabdan əvvəl bizə Hindistan və Pakistandan həkim gəlirdi. Amma indi 140 min həkimimiz var. Uşaq ölümlərinin sayı 10 dəfə azalıb. İran dərman ehtiyacının 95 faizi özü istehsal edir”.

Jurnalistlərin suallarına cavab olaraq Cahangirzadə bildirdi ki, İran dərman zavodunun açılması ilə bağlı danışıqlar gedir. Amma yaxın zamanlarda mümkün deyil. Onun sözlərinə görə, zavod 84 adda dərman istehsal etməlidir. Amma hər bir dərman üçün müvafiq istehsal lisenziya alınmalıdır. Bu isə uzun zaman tələb edir.

Bundan başqa səfir qeyd etdi ki, 2019-cu ildə Azərbaycan-İran-Rusiya prezidentlərinin görüşü Moskvada keçiriləcək. Fevral ayında isə Tehranda Azərbaycanİran XİN rəhbərləri arasında görüş olacaq.

C.Cahangirzadə bildirid ki, hərbi əməkdaşlıq sahəsində iki ölkə arasında ciddi sahədə əməkdaşlıq var:

“Hərbi əməkdaşlıq sahəsində iki ölkə əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisi İran ordusu baş qərargah rəisi cənab Baqirinin Bakıya səfəri idi. General Baqiri bir qədər əvvəl Azərbaycana səfər edib. Bakıda yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycanİran arasında hərbi sahədə əlaqələrin böyük potensialı var. Baqiri bildirdi ki, İran Azərbaycanla hərbi sahədə əlaqələrin inkişafında maraqlıdır”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suala cavab olaraq səfir bildirdi ki, İran münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Bölgədə yeni müharibə olmasını istəmir. Eyni zamanda ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar