Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın İŞİD açıqlamaları - terror təşkilatı gələn həftə tarix olur?

Politoloq: “ABŞ istəyəndə DAİŞ ölür, istəməyəndə...”

ABŞ prezidenti Donald Trampın İŞİD (DAİŞ) terror qruplaşması ilə bağlı son açıqlamaları dünya gündəmini zəbt edib. Ağ Ev sahibi gələn həftə İŞİD üzərində qələbənin rəsmən elan ediləcəyini bildirib.

Sitat: “Heç kim bunun belə tez baş verəcəyini gözləmirdi. Qələbənin rəsmən elan edilməsi gələn həftə baş verə bilər. Biz qələbə ardınca qələbə əldə etmişik”.

Trampın bu fikirləri ilə bağlı müxtəlif mövqelər ortaya çıxıb. İŞİD-ın üzərində gələn həftə qələbənin elan olunacağına inananlar da var, bunun indiki şəraitdə mümkünsüzlüyünü düşünənlər də.

Zaman-zaman Amerikanın bu terror təşkilatını maliyyələşdirdiyi, hətta onun yaradılmasında bilavasitə iştirakı yönündə səslənən fikirləri nəzərə alaraq, Birləşmiş Ştatların İŞİD-ı bitirmək istəmədiyi barədə də mövqelər səslənir. Bundan əlavə, bu, baş tutarsa, ABŞ-ın 2001-ci ildə yaşadığı 11 sentyabr hadisəsini bir daha yaşamaması üçün ehtiyatlı olacağı ehtimal edilir.

Politoloq Əhəd Məmmədli İŞİD-ın bitiriləcəyinə inanmır:

“DAİŞ-lə yeganə real mübarizə aparan dövlət Türkiyə oldu. Türkiyə yeganə ölkə idi ki, DAİŞ-ə qarşı quru əməliyyat apardı. RusiyaABŞ isə ancaq hava zərbələri ilə kifayətləndilər. Tramp DAİŞ üzərində qələbəni ABŞ-ın ayağına yazmaq istəyir, ona görə belə iddialı danışır. İŞİD-ı quran da, yönəldən də ABŞ-dır. ABŞ istəyəndə DAİŞ ölür, istəməyəndə isə dirilir. ”İslam dövləti" adlı terror qruplaşması Qərbin islama vurduğu növbəti zərbədir. Özlərinin yaratdığı terror qruplaşmasına “İslam dövləti” adının qoyulması da Qərbin islam dininə qarşı növbəti qara piarıdır. Qərb islama qarşı təkcə hərbi meydanda deyil, həm də psixoloji meydanda mübarizə aparır. Trampın DAİŞ-i bitiririk açıqlamasında müsbət çalarlar odur ki, buna Şimali Suriyadan ABŞ qoşunlarının artıq çıxarılması anonsu kimi də baxa bilərik. Ələlxüsus, Ərdoğanın “iki həftəyə ABŞ hərbi kontingentini Şimali Suriyadan çıxartmasa, buna rəğmən belə, Türkiyə Mənbicdə hərbi əməliyyata başlayacaq” söyləməsindən sonra Trampın “DAİŞ üzərində qələbə çaldıq” açıqlamasını məqsədəuyğun sayıram. ABŞ görür ki, Türkiyə Mənbicdə antiterror əməliyyatı aparmağa israrlıdır, Şimali Suriyadan çıxmaq qərarında qaldı - baxmayaraq ki, ABŞ daxilində bu qərara qarşı ciddi müqavimət kampaniyası gedir. Hətta PYD-YPG terrorbaşı Konqresə dəvət edilib, Trampla ayaqüstü görüşü olub. Terrorbaşı ABŞ-ı Şimali Suriyadan çıxmamağa çağırıb. Buna rəğmən, görünür ki, ABŞ Türkiyə ilə Suriyada toqquşmaq istəmir. Trampın yuxarıda qeyd edilən açıqlamasını da bununla bağlayırlar. İŞİD Türkiyənin bu terror təşkilatına qarşı apardığı quru əməliyyatından sonra təhlükəsiz hala çevrildi. İndi ABŞ DAİŞ-in bu vəziyyətə düşməsini öz adına yazmaq istəyirsə, onsuz da yazacaq. Rusiya da iddia edir ki DAİŞ-ə o qalib gəlib. Necə deyərlər, məğlubiyyət yetim olur, qalibiyyətin isə şəriki çox olur".

Politoloq İŞİD-ı Amerikanın qurması yönündəki iddialara qatılır:

“DAİŞ Amerikanın indiyə qədər müsəlmanlara qarşı istifadə etdiyi ən uğurlu terror qruplaşmasıdır. Bu terror qruplaşmasına sonda ”İslam dövləti" adı verilməsini təsadüfi saymıram. “İslam dövləti” adlı anti-islam terror qruplaşmasının arxasında protestant-yəhudi elitasının durduğu fikrindəyəm. İŞİD ola bilsin, Suriyada missiyasını bitirib, amma hər an dünyanın hansısa yerində peyda ola bilər. Onun məhvi və ya yaşaması bu terror təşkilatının gerçək sahibləri ABŞ, Böyük Britaniya və İsraildən asılı olacaq. 2001-c ildə Amerikada baş verən terror hadisəsi də çoxlu suallar doğurur. Həmin gün əkiz binalarında ancaq qulluqçu personalın qalması və bu qulluqçu personalın əksəriyyətinin Şərqdən olmasını nəzərə alanda istər-istəməz bu terror aktının da arxasında Amerikanın özünün durduğu şübhələri yaranır. Bu haqda çox yazılıb, danışılıb. Üstəlik əlavə etsək də, 2001-ci il 11 sentyabr günü yəhudilərin hansısa dini bayramı olub və həmin binaların yəhudi işçiləri həmin gün işlərində olmayıblar, bu fakt çox şeyi deyir. 11 sentyabr terror aktının şübhəli məqamları çoxdur. Ərəblər bilmirdilər ki, həmin gün yəhudilər binada olmayacaqlar? Təbii ki, bilirdilər. Nəticəni özünüz çıxarın. Bundan sonra ABŞ-ın məlum Əfqanıstan, İraq işğalları baş verdi. Guya İraqda atom bombası axtarırdılar, sonra məlum oldu ki, İraqda heç bir atom bombası yoxdur. Bütün bu məsələlərdən sonra 11 sentyabr 2001-ci ildə olan terror aktını bir qurama sayıram...

DAİŞ ABŞ-da irimiqyaslı terror aktları edə bilər. Bundan sonra isə bu terror aktlarını bəhanə edib müsəlman ölkələrinə Qərb tərəfindən yeni hücumlar yaşana bilər. Çünki DAİŞ, “əl-Qaidə” kimi terror təşkilatlarının ABŞ-a ancaq xeyri, islam dünyasına isə ziyanı dəyib. Ona görə DAİŞ tipli terror qrupları Amerikanın xidmətində olmağa davam edəcək". (Yeni Müsavat)

pia.az


Etiket: İŞİD Amerika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Ən çox oxunanalar