Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “2-3 aya atəşkəs pozula bilər”

“Dağlıq Qarabağ münaqişəsi ətrafındakı prosesin zəiflədiyini düşünmürəm. Bir müddət əvvəl Azərbaycan və Ermənistan rəhbərləri Davosda görüşdülər, xarici işlər nazirlərinin də görüşü keçirildi. Digər yandan Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir”

“Məlumat da yayılıb ki, Rusiya, AzərbaycanErmənistan xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilərlər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Hələlik münaqişə tərəfləri arasında keçirilən görüşlərin müsbət nəticəsinin olmadığını deyən politoloq hesab edir ki, bu təmaslar münaqişənin həlli prosesini sürətləndirməyəcək:

“Çünki Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin həlli istiqamətində addım atmağa hazır deyil. Ona görə ki, “Qarabağ klanı”ndan ehtiyat edir, qorxur. Çünki bu addımı atarsa, ona güclü təzyiq ola bilər. Buna görə də keçirilən görüşlər heç bir nəticə vermir.

Hələ ki, cəbhə xəttində nisbi sakitlikdir. Amma qarşıdakı 2-3 ay ərzində münaqişənin həllində irəliləyiş olmasa, cəbhədə gərginlik baş verə bilər, atəşkəs rejimi də pozula bilər”.

Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyətinin passiv fəaliyyəti qarşısında Azərbaycan aktivliyini və işğalçıya təzyiqi artırmalıdır:

“Buna görə də ordunun üzərinə böyük məsuliyyət düşür. 2016-cı ilin aprelində işğalçını cəzalandırdıq, keçən il Naxçıvan ətrafındakı böyük ərazilərimizi azad etdik. Bu siyasəti – təzyiqi davam etdirməliyik. Gözləmə mövqeyinə çəkilsək, bu il də münaqişənin həllində irəliləyiş olmayacaq. Əsas sözü yenə də ordu deməlidir. Bu o demək deyil ki, geniş miqyasda müharibə olmalıdır. Gördük ki, Naxçıvandan lokal bir hücumla böyük bir ərazini azad etdik. Bu cür addımlar atmaqla, Paşinyanı geri addım atmağa məcbur edə bilərik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar