Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan parlamentində azərbaycanlıların problemləri qaldırılıb

Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev yerli azərbaycanlıları narahat edən bir neçə problemli məsələləri qaldırıb

Qanunverici orqanda ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili rəhbərlik etdiyi qurumun hesabatını təqdim edib.

M.Batiaşvilinin çıxışından sonra S.Mirzəyev yerli azərbaycanlıların təhsil və mədəniyyəti ilə bağlı problemlər və icmanı narahat edən məsələləri nazirin diqqətinə çatdırıb: “Hesabatınızı çox diqqətlə dinlədim. Təəssüflər olsun ki, çıxışınızda qeyri-gürcü dilli məktəblər haqqında konkret addımlarınızı açıqlamadınız. Bildirmək istəyirəm ki, hazırda bölgəmizdə onlarla qeyri-gürcü dilli məktəbin direktoru yoxdur və bu, böyük problemdir”.

Deputat uzun illərdir acınacaqlı vəziyyətdə olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının məsələsinə də toxunub: “Bildiyiniz kimi, teatra yeni bədii rəhbər təyin olunub. Truppa nümayəndələri ilə görüşməyə vaxt ayırmağınızı sizdən xahiş edirəm. Teatr kollektivi bu xahişi sizə çatdırmağımı istəyib. Xatırladım ki, teatr çətin şəraitdə fəaliyyət göstərir. Biz illərdir bu problem barədə danışsaq da, təəssüflər olsun ki, bu problem qalmaqda davam edir”.

S.Mirzəyev çıxışının sonunda milli azlıqların ali məktəblərə qəbulu üçün nəzərdə tutulmuş “1+4” proqramı barədə də danışıb: “Bu proqram haqqında da bizə məlumat verməyinizi xahiş edirik. Buraxılış imtahanlarının ləğvi əhalidə bir çox suallar doğurub. Milli azlıq nümayəndələri gələcəkdə bu proqramın da ləğv oluna biləcəyi barədə maraqlanırlar. Yaxşı olardı ki, bu istiqamət üzrə də detallı şəkildə məlumat verəsiniz”.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar