Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tomas de Vaal: “Azərbaycan güzəştə getməsi üçün Paşinyana məkan yaratmağa çalışır”

“Azərbaycan hakimiyyəti baş nazir Paşinyanın Qarabağla bağlı danışıqlarda müəyyən güzəştlərə getməsi üçün ona müəyyən məkan yaratmağa çalışır. Odur ki, Bakı hazırda özünü çox müdrik aparır”

PİA.az Strateq.az-a istinadən bildirir ki, bu sözləri Karnegi Fondunun əməkdaşı, Cənubi Qafqaz üzrə tanınmış ekspert Tomas de Vaal OC Media-ya verdiyi müsahibədə münaqişə ilə bağlı tərəflərin son addımlarını şərh edərkən bildirib.

Ekspert AzərbaycanErmənistan arasında sülh sazişinə nail olmaq üçün mühüm olan detalları qeyd edib: “Saziş sülhə əsas verən hansısa səbəblərə söyknməlidir. Bunlardan biri erməni tərəfinin nəzarətində olan və Qarabağdan kənarda yerləşən 7 rayondan bir neçəsindən imtina etməkdir. Bu baş verməlidir. Ama Azərbaycan tərəfi buna həddən artıq nikbin yanaşır. Erməni lideri üçünsə 20 il əvvəl tutulmuş bu ərazilərdən imtina etmək çox çətindir”. T. Vaal qeyd edib ki, indi Ermənistanda münaqişənin ölkəyə necə baha başa gəlməsi, sülhün vacibliyi barədə debatların başlanmasını gözləmək olar: “Bu mümkündür, lakin uzunmüddətli məsələdir. Biz hər şeydən əvvəl müharibə illərindən, 2016-ci ilin aprelindəki “kiçik müharibədən” danışırıq. Beləliklə çox ağır bir daşın yavaş-yavaş itələnməsindən söhbət gedir. Bir neçə kiçik təşəbbüs bu daşı hərəkətə gətirməyəcək, biz daha böyüyünü görmək istərdik”.

Ekspert müqayisə üçün Dnüsteryanı və Kipr münaqişlərini göstərib: “Bu münaqişələrə baxın. Burada miqyas daha böyükdür, münaqişə zonası sayılan ərazilərdə minlərlə insan sərbəst şəkildə hərəkət edir, zorakılıq təhlükəsi yoxdur. Buna baxmayaraq onlar fundamental məsələlərdə razılığa gələ bilmirlər”.

Tomas de Vaalın sözlərinə görə, qaynar xətlər, XİN rəhbərlərinin azsaylı görüşləri, və çılğın hərbi ritorikanın müəyyən qədər səngiməsi şübhəsiz ki, müsbətdir. “Amma biz vicdanla deməliyik ki, biz çox aşağı bazadan başlayırıq. Elə bir bazadan ki, burada iki dövlət faktik olaraq müharibə həddindədir…”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar