Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Yetirmişli: “Dünən baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər”

“Lakin 6 bal gücündə təkrar zəlzələnin olması gözlənilmir”

“Dünən saat 23:31-də baş verən zəlzələnin maqnitudası və yeri barədə dəqiq məlumat verə bilməzdik. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gecə baş vermiş zəlzələ barədə keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, dünən saat 23:21-də İsmayıllıŞamaxı rayonlarında ard-arda zəlzələ baş verən ərazidə gərginliyin olduğu məlum idi: "Həmin ərazidə gərginlik həmişə var. 2018-ci ilin seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət alması əhalinin buna hazır olmadığını göstərir”.

Q.Yetirmişli qeyd edib ki, ötən gün Azərbaycan ərazisində iki hiss olunan zəlzələ baş verib: “Ondan əvvəl Lerikdə 3 bala qədər hiss olunmayan zəlzələ olmuşdu. Birinci zəlzələnin maqnitudası 4.4 bal idi, qırılma boyu həmin əraziyə 3 km məsafədə maqnituda 5.2 bal idi, bu da 6 bal gücünə uyğun gəlir. Bu zəlzələ cənub-qərb bölgəsi üçün xarakterik idi. Bu ərazidə zəlzələ 8, 10 və 12 km dərinlikdə baş verib. İkinci təkan insanları təlaşa salmışdı, evlərdə çatlar əmələ gəlmişdi”.

Baş seysmoloqun sözlərinə görə, təkrar afterşoklar baş versə də, bu hiss olunmayacaq: “Zəlzələ ocağındakı prosesləri, ocaqdakı vəziyyəti düzgün araşdırmaq üçün əlavə mobil stansiyalar quraşdırılıb. Afterşokların hansı istiqamətdə miqrasiya etməsini araşdırmaq üçün tədqiqatlar aparırıq. Dünən baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər. Lakin 6 bal gücündə təkrar zəlzələnin olması gözlənilmir”. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar