Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlı Abbas Lisani ilə bağlı bəyanat yaydı: "Dini rejim millətə divan tutur"

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı İranda həbs edilən güneyli milli-mədəni fəal Abbas Lisani ilə bağlı bəyanat yayıb

PİA.az Kult.az-a istinadən xəbər verir ki, “Abbas Lisaniyə azadlıq” başlıqlı bəyanatda fəalın haqsızlığa məruz qalması və bütün azərbaycanlıların bundan narahatlıq keçirməsi qeyd edilib.

“Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edilib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırırlar. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu, rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsrlərin cəhalət zülmündən fərqlənməyən şəkildə divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq.

Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq”, – bəyanatda bildirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar