Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Röya: “Yeni ildə borc aldım ki, evə bazarlıq edim”

Əməkdar artist Röya Ayxan aparıcı Murad Arifin “Popumuz var” verilişinin qonağı olub

Yutubda yayımlanan verilişdə Röya qalmaqal yaradacaq fikirlər səsləndirib. O, bir müddət öncə qadına şiddətə qarşı aksiya keçirən iş qadını Ruhini tənqid edib:

“İstədim bir verilişə çıxıb, Ruhini qınayım. Sonra vaz keçdim. Çünki qadına şiddətə qarşı çıxmaq, camaatı çağırıb tort kəsmək demək deyil. Əgər o, bunu boynuna götürürsə, işini tam görsün. Lazım olan orqanlara şikayət etsin. Bu halda mən də ona qoşularam. Çünki xalq mənə inanır. Bu qədər şoulaşdırmaq lazım deyil”.

Röya həmçinin ötən il qalmaqal yaşadığı Xalq artisti Flora Kərimova haqda xoş sözlər səsləndirib. İfaçı verilişdə Kərimovanın "Tapar məni" mahnısını sevərək dinlədiyini etiraf edib:

"Əzizim mahnısını sevirəm. "Tapar Məni" Flora Kərimovadan ən sevimli nəğməmdir".

Artist verilişdə həmkarı Elnarə Xəlilova haqqında sərt fikirlər səsləndirib. O, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:

"Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir "UZİ"yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.

Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız?” sualını belə cavablayıb:
“Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.

Əməkdar artist həmçinin, illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.

"Röyanın varidatı neçə milyon manatla hesablanır" sualını isə müğənni səmimi tərzdə cavablayıb. O, ən böyük varlığının ailəsinin olduğunu vurğulayıb:

“Mənim bir milyon manatım yoxdur. Ümumiyyətlə, mənə pul yığmaq düşmür. Moskvada konsertimi təşkil edən Samira mənim pulumu yedi. Sənə sadəcə onu deyə bilərəm ki, Yeni ildə 1000 dollar borc aldım ki, evə bazarlıq edim. Dedim mənim zəhmətimi yemək haramdır, amma o da qadındır. 30 min dollar zərər etdim. Özü də o pulla, işçilərimi yeni il üçün Moskvaya gəzməyə aparacaqdım. Özüm pul yığa bilmirəm, mənə düşmür”.(publika.az)

pia.az


Etiket: Röya Ayxan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar