Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın son Qarabağ bəyanatı - Erməni tərəfi sülhə necə nail olmaq istəyir?

Biz Ermənistanla niyə danışıqlar aparırıq? Birtərəfli şəkildə güzəştə getmək və işğal altında olan torpaqları Ermənistana bağışlamaq üçünmü? Hər halda ermənilərin məntiqi bunu deyir...

Nəzakət Məmmədova: “Paşinyanın dediyi kimi “torpaq əvəzinə sülh” planı olmasa da, “neft-qaz boru kəmərləri” və “milyonlarla dollar tranzit” haqqı hesabına sülh variantı mümkündür”.

Əhəd Məmmədli: “Paşinyanın bəyanatını bu cür başa düşə bilərik ki, o Ermənistanın əvəzinə Azərbaycanın güzəştlərə getməsini bəyan edir”.

Qarabağ danışıqlarına görə Ermənistanda ciddi tənqidlərə məruz qalan Paşinyan son bəyanatlarının birində bildirib ki, “ərazilərin qaytarılması əvəzinə sülh”ü müzakirə etməyəcək. Ermənistanın baş nazirinin daxili publikaya ünvanlamış bu tipli bəyanatlar verməsini başa düşmək olar. Lakin o da dəqiqdir ki, bu tipli bəyanatlar

əslində sülhün uzaqlaşdırlımasına xidmət edir. Və danışıqlar prossesi sadəc olaraq vaxt keçirmək probleminə çevrilir.

Qeyd edək ki, Paşinyanın bu bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanata münasibət bildirib.

“Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatda vurğulanıb.

Ümumiyyətlə erməni tərəfi sülhə necə nail olmaq istəyir və onların bu möveyi niyə ATƏT-in Minsk qrupu tərəfindən niyə tənqid olunmur? Azərbaycandan birtərəfli və bir mənalı güzəşt tələbi ilə danışıqların aparılmasına zərurət varmı?

Mözvu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Nəzakət Məmmədova: “Artıq demokratiya nağılları ilə ac xalqı ovutmaq mümkün deyil, Ermənistanın rəhbərliyi üçün ən doğru çıxış yolu Qarabağ problemini həll edib büdcəyə vəsait gətirməkdir”.

Münaqişənin həlli istiqamətində baş verən yeniliklərdən birinin də Türkiyə amili olduğunu vurğulayan politoloq Nəzakət Məmmədova PİA.az-a açıqlamasında bildirib ki, əslində, Türkiyə daima Qarabağ məsələsini diqqətdə saxlasa da, lakin son zamanlar bəzi hadisələr müşahidə olunur ki, bu da Türkiyənin münaqişənin həlli prosesinə qoşulacağına ümidləri artırıb:

“Bu yaxınlarda Paşinyan ölkəsindən tranzit qaz, neft kəmərləri çəkilməsinin vacibliyini vurğulayıb. Ola bilsin ki, Gürcüstanda erməni terrorçuya abidə qoyulması da Gürcüstanın tranzit tərəfdaşı kimi Azərbaycanlıların gözündə nüfuzdan salınmasına hesablanıb. Azərbaycan nefti və qazı Ermənistandan keçərsə, bu, ölkə büdcəsinə milyonlarla dollar vəsait axmasına səbəb olacaq, Əhalinin rifah halı müəyyən qədər yaxşılaşacaq və Paşinyanın nüfuzuna yaxşı təsir göstərəcək. Artıq demokratiya nağılları ilə ac xalqı ovutmaq mümkün deyil, Ermənistanın rəhbərliyi üçün ən doğru çıxış yolu Qarabağ problemini həll edib büdcəyə vəsait gətirməkdir.

Münaqişənin həlli istiqamətində baş verən yeniliklərdən biri də Türkiyə amilidir. Əslində, Türkiyə daima Qarabağ məsələsini diqqətdə saxlasa da, lakin son zamanlar bəzi hadisələr müşahidə olunur ki, bu da Türkiyənin münaqişənin həlli prosesinə qoşulacağına ümidləri artırıb. Türkiyədə bu yaxınlarda erməni dilində televiziya kanalının açılacağı gözlənilir. XİN rəhbəri Çavuşoğlu da bu günlərdə çıxışında Qarabağ məsələsinə yenidən toxunub.

Nəzakət Məmmədova: “Paşinyan Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq cəhdindən sonra Rusiyanın ölkəsinə təzyiqləri artıra biləcəyinə bir daha əmin oldu”.

Mümkündür ki, ABŞ Türkiyəni münaqişənin həlli prosesinə cəlb etməklə, Qarabağı “nifaq alması” kimi ortaya atmaqla onun Rusiya ilə münasibətlərinin pisləşməsinə, Suriyada başlamış həmrəyliyi Qarabağda sarsıtmağa çalışır. Eyni zamanda, ABŞ Cənubi Qafqazda Türkiyənin də məsuliyyət zonası kimi iştirakına şərait yarada bilər.

Digər tərəfdən, Paşinyanın dediyi kimi “torpaq əvəzinə sülh” planı olmasa da, “neft-qaz boru kəmərləri” və “milyonlarla dollar tranzit” haqqı hesabına sülh variantı mümkündür.

Paşinyan Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq cəhdindən sonra Rusiyanın ölkəsinə təzyiqləri artıra biləcəyinə bir daha əmin oldu. Hazırda Ermənistan hökuməti Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı törəmə şirkəti ilə qazın qiymətləri barədə danışıqlar aparırlar.

Nəzakət Məmmədova: “ABŞ Cənubi Qafqazda Türkiyənin də məsuliyyət zonası kimi iştirakına şərait yarada bilər”.

Paşinyanın bir neçə yolu qalır: Rusiyanın qazın artırılması təhdidinə qarşı geri çəkilib hakimiyyətini möhkəmlədənə qədər bu ölkəyə siyasi müstəvidə güzəştlərə getmək, yaxud Azərbaycanla danışıqlarda razılaşmaya getmək, Azərbaycan və Türkiyə ilə birləşib Ermənistanı bu iki ölkənin də iştirak etdiyi enerji və nəqliyyat-kommunikasiya layihələrində tranzit ölkəyə çevirmək, büdcəyə milyonlarla dollar vəsait gətirməklə əhalinin sosial durumunu yaxşılaşdırmaqla xalqın dəstəyini qazanmaq.

Sonuncu variatın ən doğru, optimal yol olduğunu Paşinyan təbii ki, dərk edir. Lakin bunun üçün o, şovinist kəsimin, Qarabağ separatçıları, Qarabağ klanı, Rusiya amillərinin müqavimətini qırmağı bacarmalıdır. Əgər o, bunu bacaracaqsa, sülhün yolu açılır deməkdir. Boltonun son telefon zəngləri də əslində işğalçı təfəkkürlü şovinistlər üçün əcəl zəngi, sülhpərvər kəsim üçün isə sülh zəngidir”.

 

Əhəd Məmmədli: “Ermənistan da hal-hazırda ən böyük qüvvə xalqdır, xalqda Qarabağ məsələsində cüzi güzəştlərə getmək belə istəmir”.

Həm Paşinyan, həm də onun xalqının güzəştə getməyə məcbur edilməsinin yeganə yolunun Azərbaycan ordusu olduğunu qeyd edən politoloq Əhəd Məmmədli PİA.az-a açıqlamasında əlavə edib ki, əgər biz ölkə, xalq olaraq Qarabağ məsələsinin düyününü açmaq istəyiriksə, gec olmadan bu il, işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatı keçirirməliyik. Əks halda Qarabağı de-yure də itirəcəyik:

“Paşinyanın bəyanatını bu cür başa düşə bilərik ki, o Ermənistanın əvəzinə Azərbaycanın güzəştlərə getməsini bəyan edir. Üstəlik də deyir ki, Qarabağın müqəddəratını həll etmək üçün işğal edilmiş ətraf 5 rayonu da azad etməyəcək. İşğal edilmiş digər iki rayon KəlbəcərLaçından söz belə etmir.

Paşinyan nə Qarabağ klanı, nə Rusiyanın təzyiqindən qorxur, o tək erməni xalqının təzyiqindən qorxur. Çünki Ermənistan da hal-hazırda ən böyük qüvvə xalqdır, xalqda Qarabağ məsələsində cüzi güzəştlərə getməyi belə istəmir.

Bu da bizə onu deyir ki, həm Paşinyan, həm də onun xalqının güzəştə getməyə məcbur edilməsinin yeganə yolu Azərbaycan ordusudur. Ermənistana eyforiyadan ayılmaq üçün soyuq bir duş lazımdır. Bunu da ancaq Azərbaycan əsgəri edə bilər. Yəni əgər biz ölkə, xalq olaraq Qarabağ məsələsinin düyününü açmaq istəyiriksə, gec olmadan bu il, işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatı keçirirməliyik. Əks halda Qarabağı de-yure də itirəcəyik.

Əhəd Məmmədli: “Bizim üçün Azərbaycanın birtərəfli və bir mənalı güzəşt tələbi ilə danışıqlar aparması birdəfəlik məğlubiyyət deməkdir”.

ATƏT-in mövqeyinə qəldikdə isə, tutalım bu qurum işğalçı dövləti mövqeyinə görə tənqid edəcək bununla heçnə dəyişməyəcək. Hələ illər öncə qəbul edilmiş BMT-nin qətnamələri var ki, Ermənistan qeyd-şərtsiz işğal edilmiş Azərbaycan torpaqlarını azad etməlidir buna rəğmən yenədə heçnə dəyişmir.

Qarabağ probleminin Azərbaycanın xeyrinə dəyişməsini istəyiriksə, yuxarıda qeyd etdiyim kimi, nəhayət ki Azərbaycan ordusunu işə salmalıyıq. Bizim üçün Azərbaycanın birtərəfli və bir mənalı güzəşt tələbi ilə danışıqlar aparması birdəfəlik məğlubiyyət deməkdir.”

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar