Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə dövlət himni və gerbi ilə bağlı qanun layihələri müzakirə olunub

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Parlamentdən verilən məlumata görə, komitə sədri Əli Hüseynli 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə danışıb.

Bildirilib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub.

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına baxılıb. İşlər planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında” qanunların hazırlanması, eləcə də bir sıra qanunlarda dəyişiliklər edilməsi haqqında qanun layihələrinin daxil edildiyi diqqətə çatdırılıb. Qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qeyd olunub ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.

Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, sənəd “Milli Məclisin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və parlament haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirə olunan bütün məsələlər baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib. (Report)

pia.az


Etiket: himn gerb

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar