Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoloji Mərkəzin tibb bacısı məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzdə tibb bacısı işləyən Leyla Məmmədova ifadə verib.

O qeyd edib ki, təqsirləndirilən şəxslərdən M.Məmmədovu tanıyır.

L.Məmmədova söyləyib ki, M.Məmmədov Mərkəzdə müalicə olunan zaman onun vəziyyəti yaxşı deyildi, çox ağır xəstə olub: "Həkimlər onu müayinə edib, evə buraxırdılar, lakin Məhəmməd yenə geri qayıtdı. O, həmişə ailəsindən şikayət edirdi. Axır vaxtlar xəstələrlə də danışmırdı. Hətta Məhəmməd özünə qapanmışdı".

Şahid bildirib ki, hadisə günü növbəli rejimdə işlədiyi üçün yanğın barədə ertəsi gün xəbər tutub.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ən çox oxunanalar