Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp spikerə təyyarə ayırmaqdan imtina etdi

ABŞ-da hökumətin bağlanması daxili gərginliyi pik həddə çatdırıb

Prezident Donald Tramp hökumətin qismən bağlanmasını əsas gətirərək Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Əfqanıstana planlaşdırılan səfərinin ertələnməsinə nail olub.

PİA.AZ “Azadlıq radiosu”na istinadən xəbər verir ki, yanvarın 17-də axşam Pelosiyə göndərdiyi məktubunda Tramp yazır ki, Konqresin Əfqanıstanda Amerika əsgərlərinə baş çəkəcək, o cümlədən Brüsselə dəyəcək nümayəndə heyətinə hərbi təyyarə ayırmır, çünki bunu ictimai münasibətlər tədbiri hesab edir.

“800 min amerikalının maaş almadığı bir məqamda sizin də bu ictimai münasibətlər tədbirinin tamamilə yersiz olması fikrilə razılaşacağınıza əminəm. Hətta hökumətin bağlanması bitəndən sonra belə bu yeddigünlük ekskursiyaya yenidən baxacağıq”, – yazan Tramp əlavə edir ki, Pelosi və digər konqresmenlər öz səyahətlərini “kommersiya təyyarələri” ilə gerçəkləşdirə bilərlər.

Pelosi prezidentin bu addımı hələlik, şərh etməyib. Trampın ordunun baş komandanı kimi buna səlahiyyəti çatır.

ABŞ hökuməti artıq 27-ci gündür qapalıdır və bu, Amerika tarixində ən uzunmüddətli qapanma sayılır.

Buna səbəb Trampın Meksikayla sərhədin hasarlanmasına 5 milyard dollardan artıq vəsait tələb etməsi olub. Demokratlar bundan imtina edir.
Pelosi həftənin əvvəlində respublikaçı prezidenti yanvarın 29-na planlaşdırılan illik müraciətini təxirə salmağa, yaxud yazılı etməyə çağırıb, buna hökumətin bağlanmasından dolayı təhlükəsizliyi əsas gətirib.

Respublikaçı senator Lindsey Qraham isə tvitində hər iki tərəfin hərəkətindən məyusluğunu bildirib. O, Pelosinin illik müraciətlə bağlı təklifini “çox məsuliyyətsiz”, Trampın konqresmenlərə hərbi təyyarə ayırmamasını isə yersiz adlandırıb.
Bu arada mətbuat katibi Sarah Sanders elan edib ki, Ağ ev maliyyə naziri Steven Mnuçin, Dövlət katibi Mayk Pompeo və digər rəsmilərin Dünya İqtisadi Forumunda iştirakını təxirə salır. Ötənilki foruma qatılmış Tramp da bu il İsveçrədəki tədbirə getməyəcəyini deyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Ən çox oxunanalar