Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Televiziya kanalları reklamın qanunla müəyyən edilmiş həcminə əməl etmirlər

İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib

Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Belə k, telekanalların yayım zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun daha çox 35.2-ci (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.

Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib. Belə ki, bəzi kanalların xəbər buraxılışlarında xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb.

İl ərzində aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb edib. Bu isə həm də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.

Monitorinqlər zamanı "Reklam haqqında" Qanunun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilib.

Bundan başqa, "Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası"nın 2.2-ci maddəsinin tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanıb (2.2-ci maddə: Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır).

Bir sıra özəl yayımçıların efirində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri də mütəmadi olaraq pozulub.(trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Ən çox oxunanalar