Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir mənzil 3 adama satılıb – Hacı İbrahimin qardaşının işi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Səmayə Babayeva ifadə verib. (teleqraf.com)

O bildirib ki, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata alıb. Onun sözlərinə görə, istintaqa çağırılanda mənzilin başqa şəxslərə də satıldığını bilib.

Bu zaman prokuror qeyd edib ki, Səmayə Babayevanın mənzili daha 3 nəfərə satılıb.

Zərərçəkmiş isə bundan xəbərsiz olduğunu, heç bir şikayət və tələbinin olmadığını söyləyib.

Prosesdə zərərçəkmiş Gülbacı Hüseynova bildirib ki, həyət evlərini Sahib İbrahimova verib, əvəzində ona 8 mənzil vəd edilib: “Bu barədə Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Zərərimiz ödənildi, şikayətim yoxdur”.

Növbəti proses yanvarın 16-na təyin edəcək.

İttihama görə, cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 2 milyon manat ziyan dəyib.

Sahib İbrahimovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Sahib İbrahimov rəhbərlik etdiyi tikinti şirkətinə müraciət edən vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunur.

İstintaq dövründə Sahib İbrahimov tərəfindən zərərçəkmişlərə dəymiş ziyanı ödənilib.

Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Ən çox oxunanalar