Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Ət idxalında şübhəli məqamlar yetərincədir"

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov AzadliqRadiosuna deyib ki, xaricdən ət idxalı ucuz başa gəlir və dondurulmuş şəkildə olur:

"Əsasən Braziliya və Hindistandan gətirilir. Yəni, hansı ölkələrdəki ət ucuzdur, dondurulmuş şəkildə gətirilir və istehlakçılara baha qiymətə təklif olunur. Təsəvvür edin ki, 2.5 manata başa gələn əti mağazalarda ən azı 5 manata satırlar. Eyni zamanda, dönərxanalarda bişirib daha baha qiymətə satırlar. Yaxud bəzi restoranlarda da həmin ətdən istifadə olunur. İkinci, ət sümüksüz olduğundan geniş istifadə olunur".

Vahid Məhərrəmov deyir ki, son illər ölkədə ətin qiyməti bahalaşdığından sahibkarlara dondurulmuş ət gətirmək sərf edir.

"Ət idxalında şübhəli məqamlar yetərincədir. Birinci, gətirilən ətin hansı heyvanın olması, ikincisi də keyfiyyəti suallar doğurur. Həm də idxal ciddi şəkildə artıb"- deyə , o vurğulayıb.

Ət idxalında artım var

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 63 milyon 651.99 min ABŞ dolları dəyərində ət idxal edilib. Həmin vəsait hesabına ölkəyə 43 min 261.95 ton ət gətirilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatlarında bəhs edilir.


Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalının artdığı anlamına gəlir. DGK-nın məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 58 milyon 154.92 min dollar dəyərində 37 min 211.29 ton ət gətirilib.

Müstəqil ekspertlər bunu maldarlıqdan ötrü nəzərdə tutulan örüş sahələrinin bəzi hissəsində pambıq yetişdirilməsi və əhalinin müəyyən qədər alıcılıq qabiliyyətinin artması ilə izah edirlər.

Hazırda fərdi sahibkarlar ölkədə quzu ətini 13, dana ətini də 10 manat 50 qəpiyə satırlar. Bir neçə il əvvəl ölkədə quzu əti 10, dana əti 8 manata idi. İndi Bakıdaki marketlərdə sümüksüz dana ətinin 1 kiloqramı hətta 13-14 manata satılır. Hər il bayramlar vaxtı hökumət orqanlarının təşkil etdiyi yarmarkalarda ət nisbətən ucuz olur.

pia.az


Etiket: Ət idxalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar