Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc: “Bakı ABŞ səfirinin kimliyindən narahat deyil”

“Biz çox arzulayırıq ki, yeni səfir bölgədəki mühüm problemlərin çözümü üçün özündən yuxarı instansiyalara çox əhəmiyyətli sorğular, müraciətlər, təkliflər göndərsin”

ABŞ Senatı Earle D.Litsenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə prezident Donald Tramp irəli sürmüşdü. İndiyədək Litzenberger Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir. Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.

Maraqlı olan prezident Trampın Azərbaycana səfir göndərdiyi şəxslə bağlı məqamlardır. Litsenbergerin rəhbərlik etdiyi Hərbi-Siyasi Məsələlər üzrə Büro ABŞ Dövlət Departamentinin ürəyi sayılır. O, ən çətin bölgələrdə-Əfqanıstan, Serbiya, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdə diplomatik xidmətdə olub. Kifayət qədər təcrübəli diplomat olan Litsenberger hərbi-təhlükəsizlik sahəsinin təcrübəli mütəxəssisidir. Bir müddət o, ABŞ dövlət katibinin I müavini səlahiyyətini də icra edib. ABŞ mediası bir müddət əvvəl onun prezidentin hərbi-siyasi məsələlər üzrə müşaviri və ya NATO-da ABŞ nümayəndəliyinin rəhbəri təyin ediləcəyi barədə məlumatlar yaymışdı. Ekspertlər hesab edir ki, hərbi-təhlükəsizlik üzrə peşəkar diplomatın Azərbaycana səfir göndərilməsi Azərbaycanla ABŞ arasında hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək.

Bir sıra politoloqlar və bəzi müxalifətçilər isə iddialar irəli sürürlər ki, belə bir diplomatın Azərbaycana səfir təyinatı o deməkdir ki, ABŞ-ın Cənubi Qafqaza diqqəti qarşıdakı dönəmdə daha da artacaq, eyni zamanda hakimiyyətdən ciddi tələbləri olacaq.

Milli Məclisin təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın səfir məsələsi ilə bağlı ötən illərdə davranışları bir qədər təəccüb doğururdu. Çünki Metyu Brayzanın cəmi bir illik səfir dönəmi, ardınca digər təyinatlarda tutulan mövqelər sübut elədi ki, sanki Cənubi Qafqaz regionuna ötən 10 illərdə verilən əhəmiyyət bir qədər azalıb: “Yəni əvvəlki zamanlarda biz onun şahidiydik ki, fəal bir şəkildə regionun arxitekturasında ABŞ iştirak edirdi. Bu, iqtisadi layihələrdə özünün əksini tapırdı, ardınca bölgənin təhlükəsizliyinə münasibətdə hər bir tədbir, hər bir beynəlxalq işlər məhz onların yardımından keçirdi. Ağ Evin qərar vermədiyi məsələlərdə bölgədə balans pozulurdu. Ancaq 2008-ci ildən biz onun şahidi olduq ki, sanki o proses bir qədər söndü. Amma vaxtilə ABŞ səfirlərinin regiondakı proseslərə aktiv qatqısı var idi. Onların da hamısını cəmiyyət, siyasi elita yaxından tanıyırdı. İndi istər neft sektorunun adamı, istər ictimai sferadan olsun, yaxud da hərbi-təhlükəsizlik mütəxəssisi olsun, bütün bunların anlamı əvvəlki kimi qəbul oluna bilmir”.

Z.Oruc qeyd etdi ki, reallıqda bu gün ABŞ-ın bir neçə ölkədə səfirləri təyin olunmamış qalmaqdadır. Artıq Azərbaycana və Ermənistana səfirlərin göndərilməsi tam reallaşmaq üzrədir. Azərbaycana təyin olunan səfirin Marşal Mərkəzi və digər bu cür təhlükəsizlik araşdırmaları sektorundan olması ona inam yaradır ki, bölgə həqiqətlərini bilməsi ona diplomatik yazışmalarında bu sahəyə önəm verəcəyinə imkan yaradacaq: “Həqiqətən də mən çox yaxşı xatırlayıram, ABŞ-a səfirlikdən 2003-2004-cü illərdə göndərilən məlumatlarda deyilirdi ki, biz birinci yerə təhlükəsizlik məsələlərini qoyuruq. Sonrakı illərdə demokratiyanı bir qədər irəliyə çıxardılar və bu da müxtəlif sferalarda münasibətlərə də zərbə vurmuş oldu. Vikileaks materiallarını da izləyəndə biz görürük ki, diplomatik kanallarla ötürülən məlumatlara əsasən nəyə vurğu edilib, hansı məsələlər qabardılıb. Biz çox arzulayırıq ki, yeni səfir bölgədəki mühüm problemlərin çözümü üçün özündən yuxarı instansiyalara çox əhəmiyyətli sorğular, müraciətlər, təkliflər göndərsin. Buna ehtiyac var. Amerika Qarabağ məsələsində ən azı son 8-9 ildə hansı yeni bir təklif irəli sürüb? Görüşlərin keçirilməsində, onların addımları nə dərəcədə irəli olub. Rusiyadan və Fransadan fərqli onlar hansı xətti yürüdüblər. Məsələn, Donald Trampın axırıncı müraciətlərində çox nikbinlik doğuran notlar var idi ki, Qarabağ məsələsinin həlli üçün fürsətlər açılıb. Nəyin nəzərdə tutulduğunu biz bilmək istəyirik. ABŞ prezidenti Ermənistan prezidentinə işğal olunmuş Azərbaycan rayonlarından geri çəkilmələrini, orada təhlükəsizliyə ABŞ-ın təminat verəcəyini deyibmi? Bu mövqeni ortaya qoysalar necə olar? Bütün bu məsələlərin reallaşması həm də buradakı səfirdən asılıdır. Müvəqqəti işlər vəkili ranqı ilə münasibətləri aşağı statusa endirməklə nəyəsə nail olmaq mümkün deyil. Biz ümid edək ki, fəaliyyətə başlayacaq səfirin fəaliyyətində qeyd olunan gözləntilərimiz həyata keçəcək. Əks halda, ABŞ bölgədə yerini Rusiyaya, İrana və başqa ölkələrə vermiş olacaq ki, bunun da zərərini Vaşinqton görəcək”.

Deputat vurğuladı ki, hərbi-təhlükəsizlik məsələləri sahəsinin mütəxəssisi olan diplomatın səfir göndərilməsindən rəsmi Bakı qətiyyən narahat olmaz: “Heç bir narahatçılığa əsas yoxdur. Hökumət Azərbaycanın qanunlarını, Konstitusiyasını tanıyan, ölkənin iç işlərinə qarışmayan, tərəf tutmayan, hansısa siyasi qüvvənin iqtidar uğrunda mübarizəsində ptronajlıq, siyasi maliyyə himayədarlığı etməyən, Vyana Konvensiyasının prinsiplərini ödəyən səfirlərlə çalışıb. İnanırıq ki, qarşıdakı dönəmdə də belə olacaq. Səfir gəlsin fəaliyyətə başlasın, addımlar atsın və nəticəsini də görək”.

pia.az


Etiket: Yeni səfir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar