Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədov: “ABŞ enerji rəqabətinin tək lideri olmaq niyyətindədir”

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov özünün facebook hesabından maraqlı status paylaşıb. Həmin statusda professor Saleh Məmmədov ABŞ-in yeni neft strategiyasını və bunun mümkün nəticələrini təhlil edib

Professor Saleh Məmmədovun həmin statusunu diqqətinizə çatdırırıq: "ABŞ rəsmilərinin verdikləri məlumata görə, Delavar Hovuzunda ABŞ-ın yeni çox böyük neft və qaz yataqları aşkarlanıb. "Amerikanın Səsi" radiosunun verdiyi məlumatdan üç sitat bu xalqın nə qədər dəqiq siyasət strategiyasına sahib olduğunu sübut edir.

1. "Delaware Basin" adlanan məkanda 46.3 milyard barrel neft və 8 trilyon kubmetr qaz və 20 milyard barrel təbii maye qazı tapılıb".

2. "Az qala bir günün içərisində Amerikanın məlum enerji resurslarının həcmi ikiqat artıb".

3. "İndiyədək bəzən büdcə çatışmazlıqları ilə üzləşən Nyu-Meksiko ştatının rəsmiləri hazırda xəzinəyə axacaq pulun təhsilə və ictimai infrastruktura investisiya variantlarını nəzərdən keçirirlər".

Və üç hədəf:

1. Vaxtı ilə neft resurslarının tükənə biləcəyi səbəbindən ABŞ yataqların çoxunu dondurduğu halda, indi siyasəti tam dəyişərək nə resurs varsa aşkarlayıb, tez bir zamanda həmin resursları realizə etmək istəyir. Neft erası bitir, ABŞ həm başqa planetlərin zəngin resurslarını, həm də alternativ enerji mənbələrini hərəkətə gətirməklə, enerji rəqabətinin tək lideri olmaq fikirindədir.

2. Həmin rezervlər tamamilə təhsilə, elmə investisiya olunaraq ölkənin iqtisadi potensialını bir neçə qat artırılır. Son dövrlər Bill Qeytsin verdiyi məlumatlara görə, elmi investisiyalar yalnız 1:100-1000 dəfə səmərə verən layihələrə yönəldilir.

3. Bununla neft resursları hesabına varlanan və dünya təhlükəsizliyini təhdid edən bir çox diktator rejimlərini çökdürmək planı açıq-aşkar dövriyyəyə gətirilir. Neft və qazın qiymətləri ciddi surətdə düşəcəkdir. Bu bazarda siyasət hegemonluğu ABŞ-ın əlinə keçir.

Təəssüflə bildirmək istəyirəm ki, bizim ölkəmiz üçün bu siyasət ilk nəzərdə yaxşı bir şey vəd etmir, hətta zəruri tədbirlər görülməsə çox ağır nəticələrə gətirib çıxaracaq.

Amma həmin şəraitə uyğun düzgün strategiya seçilərsə, gələcək üçün "qara narkotik"dən tam azad olmaq, ölkə iqtisadiyyatını bu xəstəlikdən tam xilas etmək və ölkəni çox ciddi surətdə inkişaf etdirmək şansı yaradır. Bunun üçün iqtisadi strategiya tam dəyişdirilməli, resurs bazalı siyasətdən elmi strategiyalı siyasətə keçilməlidir, köklü çevik radikal islahatlar həyata keçirmək lazımdır".(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar