Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoloji Mərkəzdə müalicə olunan şəxslər yanğınla bağlı ifadə veriblər

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Famil Laçınov dindirilib.

O bildirib ki, narkotik asılılığından xilas olmaq üçün elə yanğın baş verən gün Mərkəzə müalicə olunmağa gəlib: “Mərkəzə qardaşım apardı. Günorta ora çatdıq, axşam isə yanğın oldu. Həmin vaxt yatmışdım. Daha sonra səs-küyə oyanıb çölə qaçdım. Mən 5-ci palatada qalırdım. Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib.

F.Laçınov ifadəsində qeyd edib ki, daha əvvəl də müəyyən fasilələrlə Mərkəzdə müalicə alıb və buna görə də təqsirləndirilən şəxslərin hər birini tanıyır.

Daha sonra digər zərərçəkmiş Yaşar Tağıyev dindirilib. O da narkotik istifadəçisi olduğu üçün Mərkəzə məcburi müalicəyə göndərildiyini söyləyib.

Zərərçəkmişin sözlərinə görə, Mərkəzdə yanğın hadisəsi baş verən zaman 16-cı palatada olub: “Palatada heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Həmin gün öz yerimdə uzanmışdım. Birdən səs gəldi. Elə bildim ki, kimsə yenə dava salıb. Fikir vermədim və yenidən yatağıma uzandım. Sonra “su gətirin” deyə qışqırdılar. Bu dəfə fikirləşdim ki, kiminsə ürəyi gedib və yəqin su istəyirlər. Artıq səs-küy çoxaldı, yanğın baş verdiyini söylədilər. Mən də tez dəhlizə çıxdım, hər yer tüstü içərisində idi. Sonra çölə qaçdım”.

Bu zaman təqsirləndirilən M.Məmmədov vurğulayıb ki, yanğın zamanı ilk həyətə çıxan 5 nəfərdən biri olub. O, hadisə zamanı oradan qaçmadığını bildirib.

M.Məmmədov zərərçəkmiş Y.Tağıyevə “həyətə çıxanda kimləri gördün?” sualını verib.

O, əvvəlcə qapıların bağlı olduğunu, açılanda hamının bir yerdə dəhlizə, oradan isə həyətə çıxdığını deyib: “Həmin vaxt basabas olduğu üçün kiminsə üzünü dəqiq xatırlamıram. Yanğından on gün sonra hadisənin Məhəmməd Məmmədov tərəfindən törədildiyini eşitdim”.

Məhkəmədə hakim təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib. Lakin onlar bildiriblər ki, zərərçəkmişlər və şahidlər dindirildikdən sonra ifadə verəcəklər.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar