Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi 11 nəfərin şikayəti üzrə qərar verdi

Azərbaycan hökuməti 64 min avro cərimələnib

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda ölkədən çıxışına məhdudiyyət qoyulmuş 11 nəfərlə bağlı qərar çıxarıb. Onların əksəriyyəti jurnalistlər və hüquqşünaslardır.

Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, ərizəçilərə münasibətdə İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddəsi və 4 saylı protokolun 2-ci (sərbəst hərəkət etmək azadlığı) maddəsi pozulub. Bu hüquq pozuntusuna görə şikayətçilərin hər birinə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar verilib. Məhkəmə xərclərinə görə isə şikayətçilərə 1000 avro ödənilməlidir. Kompensasiyanın ümumi məbləği 64 min avrodur.

Ərizəçilər arasında jurnalistlər və hüquqşünaslarla yanaşı, REAL Partiyasının Məclis üzvü Azər Qasımlı, Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada sığınacaq almış Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev də var.

Digər ərizəçilər Aynurə İmranova, Gülər Mehdizadə, Rövşanə Rəhimova, Ənnağı Hacıbəyli, İzolda Ağayeva, Aynurə Heydərova, Aytən Ələkbərova, Dilarə Vəliyevadır.

Avropa Məhkəməsi hazırda Türkiyədə yaşayan jurnalist A.İmranovaya münasibətdə Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanımayıb. Belə nəticəyə gəlib ki, yerli məhkəmələr onun ölkədən çıxışıyla bağlı məsələyə mahiyyəti üzrə baxıblar, sadəcə, ərizəni təmin etməyiblər. Digərlərinin işinə isə məhkəmələr baxmaqdan imtina edib.

Ə.Hacıyeva və hüquqşünas R.Rəhimovaya isə xərclərə görə 1000 avro ödənilməsi nəzərdə tutulmayıb. R.Rəhimovanın vəkili özü olub. Ə.Hacıyeva isə xərclərlə bağlı sübut təqdim edə bilməyib.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar