Cümə axşamı, 13 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənni Təranə Qumral Ali Məhkəməyə müraciət edib

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir

“Report”un xəbərinə görə, aşağı instansiya məhkəməsinin qərarlarından narazı qalan T.Qumral bu dəfə Ali Məhkəməyə üz tutub.

Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edən müğənni barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan T.Qumral apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qarabağ ermənilərinin idarə olunmasında problemlərlə üzləşib?

Ər müəllimə işləyən həyat yoldaşını döyüb xəstəxanalıq etdi

Xalq artisti efirdə aparıcını pərt etdi - Video

Kanalizasiya, su təchizatı və qeyri leqal borular

Paşinyan rəsmən açıqladı: "Ermənistan KTMT-dən çıxacaq"

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov vəfat edib

Bakıdan yola salınan növbəti köç karvanı Şuşaya çatıb - Yenilənib

İsrail ordusu "Hizbullah" liderinin məhv edildiyini elan edib

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb

Bakı-ƏIət yolunda yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq

ADY: Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək

Ən çox oxunanalar