Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibəyə son qoymağın açarı: Qərb Rusiyanı uduzacağına inandırmalıdır...

Müharibəyə məqbul şərtlərlə son qoymaq üçün daha çox şey lazımdır: Rusiyanı uduzacağına inandırmaq...

Rusiyanın davam edən hücumunu dəf etmək üçün Ukraynaya kifayət qədər dəstək vermək vacibdir, lakin bu, müharibəni bitirməyəcək.

Poliqon xəbər verir ki, bu fikri Amerikanın "Foreign Affairs" jurnalına Corciya Dövlət Universitetinin siyasi elmlər kafedrasının dosenti Den Altman bildirib.

"Qərb strategiyası təkcə Ukraynanın silaha olan təcili ehtiyacının müəyyən edilməsinə əsaslanmamalıdır. Ukrayna bir çox cəbhələrdə Rusiya qüvvələrini cilovlamaq üçün mübarizə apardığı üçün indiki məqama diqqət yetirilməsi başa düşüləndir, lakin bu, heç vaxt kifayət etməyəcək. Əgər Rusiya liderləri sonda qalib gələcəklərinə inanırlarsa, o zaman onlar mübarizəni davam etdirəcəklər, Moskvanın uzunmüddətli hesablamalarını dəyişmək də bugünkü döyüşlərdə qalib gəlmək qədər vacibdir", deyə ekspert qeyd edib.

Altmanın fikrincə, məqsəd Rusiya liderlərini uzunmüddətli müharibədən qorxutmaqdır və bunun üçün Qərb uzun illər davam edə biləcək müharibəyə hazırlaşmalıdır: silah və sursat istehsalının genişləndirilməsinə sərmayə qoymalı və Rusiya Federasiyasını inandırmalıdır ki, önümüzdəki illər bu istiqamətdə Rusiyanı da keçəcək.

"Müharibəyə son qoymağın açarı Moskvanın hərbi səylərinin üç, beş və hətta səkkiz ildən sonra necə inkişaf edəcəyi ilə bağlı gözləntilərini dəyişdirməkdir. Rusiya liderlərinin şüurunda mövcud olan təsəvvürlərə təsir etmək Qərb strategiyasının əsas hədəfinə çevrilməlidir. Bu gözləntiləri dərhal dəyişdirəcək heç bir "sehirli çubuq" yoxdur, lakin rus optimizmini məhv etməyə başlamaq üçün daha çox şey edilə bilər", deyə müəllif hesab edir.

Bu, Moskvanın Ukraynanın döyüşmək istəyi və ya daha çox Qərbin Ukraynanın müharibə səylərini dəstəkləmək istəyi ilə sağ qala biləcəyinə inandığını göstərir:

"Nə qədər ki, onlar Qərbin dəstəyinin zamanla azalacağına inanırlar, çətin ki, Ukraynada yeni əraziləri fəth etmək ambisiyalarından əl çəksinlər. Deməli, Qərb dayanıqlığının Rusiyanın gözləntilərini üstələdiyini açıq şəkildə nümayiş etdirməlidir".

Politoloqun fikrincə, silah istehsalına sərmayə qoyuluşu Qərbin sabitliyinə güclü siqnal olacaq ki, bu da müharibəni qısalda bilər. O, əmindir ki, Ukraynada uzun sürən müharibəyə hazırlıq onun qarşısının alınmasının açarıdır:

"NATO-nun birləşmiş iqtisadiyyatı Rusiyanınkından on dəfə böyükdür. Bu, bir qədər vaxt aparacaq, lakin NATO məqbul qiymətə Rusiyanın silah istehsalını üstələyəcək və nəticədə onu keçə biləcək... Ukrayna yalnız Rusiya liderlərinin müharibənin necə olacağından narahat olduğu zaman qalib gələ bilər. Qərb bu qorxunu Moskvada səpmək üçün kifayət qədər silah və sursat istehsalına investisiya qoymalıdır".

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay