Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qonşu ölkələrə ərazi iddaları olan konstitutsiyanın dəyişdirilməsi Ermənistanın daxili işi ola bilər?

Paşinyan Ermənistan konstitutsiyasının dəyişdirilməsini sülh sazişi ilə əlaqələndirməyi qeyi-mümkün hesab edir...

Politoloq: “Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil”.

“Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın baş nazirinin konstitutsiya ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən parlamentdə deputatların suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi bir ay müddətində imzalana bilər. Eyni zamanda, Paşinyan Ermənistan konstitutsiyasının dəyişdirilməsini sülh sazişi ilə əlaqələndirməyi qeyi-mümkün hesab edir və bildirib ki, bu sülh peosesinə ağır zərbə olacaq.

Ermənistan konstitutsiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycan prezidentinin də mövqeyi bəllidir. Bu halda Paşinyanın bu mövqeyi nədən xəbər verir və Ermənistan konstitutsiyasında Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddaları varsa, o halda konstitutsiyasının dəyişdirilməsi Ermənistanın daxili işi ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Fakt odur ki, faşist ideologiyasına əsaslanan Ermənistan konstitutsiyası bölgədə yeni müharibələrin xəbərçisidir”.

Yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsinin zaman tələb etdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır:

Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonrakı mərhələyə saxlayır. Qəribədir ki, Paşinyan və digərləri rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirir. Amma fakt odur ki, faşist ideologiyasına əsaslanan Ermənistan konstitutsiyası bölgədə yeni müharibələrin xəbərçisidir.

Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxil məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var.

Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar