Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər qədim Maya imperiyasına aid olan toplu məzarlıq aşkar edibıər

Elm adamları qədim Maya imperiyasına aid olan və yeniyetmə oğlanların dəfn olunduğu sirrli toplu məzarlıq aşkar ediblər...

Poliqon xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada bildirilir. Yeni araşdırma nəticəsində məlum olub ki, kütləvi məzarlıqda qədim Mayya ayinlərinin bir hissəsi olaraq qurban kəsilən 100-dən çox insanın qalıqları var. Qalıqların hamısı yeniyetmə oğlanlara aid olub və onlar 500 il ərzində eyni məzarlıqda dəfn edilib.

Arxeoloqlar 1967-ci ildə Meksikanın Yukatan yarımadasındakı Mayyaların Çiçen-İtsa şəhərindəki yeraltı su anbarında tapılan 64 skeletin DNT analizindən sonra bu qənaətə gəliblər.

Radiokarbonla aparılan analizlər göstərib ki, anbardan 7-ci əsrin əvvəlləri ilə 12-ci əsrin ortaları arasında istifadə edilib. Həmçinin genetik analizlər göstərib ki, oradakı insanların hamısı oğlan uşaqlardır və onların dörddə biri yaxın qohumdur.

500 il müddətində toplu məzarlıqda basdırılan oğlanların necə öldüyü hələlik bəlli deyil.

Tədqiqatçılar bəzi dəfn xüsusiyyətlərini təəccüblə qarşılayıblar, çünki oxşar Maya dəfnlərində adətən ya yalnız gənc qadınlar, ya da kişi və qadınların qarışığı basdırılıb.

“Ənənəvi olaraq, yeraltı mühitlə əlaqəli dəfnlər adətən məhsuldarlıq qurbanlarıdır. Amma biz bu dəfnlərin hamısının kişi olduğunu və bir çoxunun bir-biri ilə əlaqəli olduğunu aşkar etdikdə əhvalat dəyişdi. İndi bunu anlamağa çalışmaq lazımdır”, deyə alimlər qeyd ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

Ən çox oxunanalar