Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyevanın AGF prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı – Azad Rəhimov

"Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı"

Bunu Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində çıxışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir Konqres iştirakçılarını Bakıda salamlamaqdan məmnun olduğunu bildirib: "Dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir".

O, 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini vurğulayıb:

"Bu, gözəl idman növü olan gimnastikanın ölkəmizdə inkişafına böyük təkan verdi və bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı. Federasiyanın aktiv fəaliyyəti nəticəsində gimnastikaya insanların böyük marağını cəlb etmək mümkün oldu, yeni infrastruktur yaradıldı və uğurlu kadr islahatları aparıldı".

A.Rəhimov xatırladıb ki, 2017-ci ildə Azərbaycanda Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclası keçirilib:

"Biz, həmçinin gimnastikanın müxtəlif növləri üzrə bir neçə dünya və Avropa çempionatı keçirmişik. Bundan başqa, gələn il bədii gimnastika üzrə Avropa və dünya çempionatlarının, eləcə də digər gimnastika növləri üzrə Avropa və dünya çempionatlarının təşkili planlaşdırılır. Bu, Azərbaycan hökumətinin idmanın, xüsusilə də gimnastikanın inkişafına xüsusi diqqət göstərdiyinə real və əyani nümunədir. Sizi inandırırıq ki, Azərbaycan bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək".

Nazir əmin olduğunu bildirib ki, Bakıda keçirilən 82-ci Konqres yeni innovativ ideyaların mübadiləsi və gimnastikanın inkişafı – dünyada gimnastikanın rolunu və inkişaf səviyyəsini artırmağa kömək edəcək yanaşma və ideyalar üçün platforma olacaq: "Bir daha Bakıya gəlmiş nümayəndələri səmimi qəlbdən salamlayıram və Konqresin işinə uğurlar arzulayıram".(trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar